Böyük məmnuniyyətlə bildirmək istərdik ki, sosial əhəmiyyətli tədbirlərdə iştirak edən FireWorks HRM şirkəti, 30 Aprel 2015-ci tarixində Dövlət Məşğulluq tərəfindən təşkil olunan “Respublika Əmək Yarmarkası”-nda iştirak etmiş və burada Yarmarka iştirakçılarına şirkət və onun fəaliyyəti barədə ətraflı məlumat verilmiş, eləcə də, iş axtaran vətəndaşların müraciətlərinə baxılmışdır.

Eyni zamanda, tələbələrin peşəkar inkişafına hər zaman dəstək olan FireWorks HRM şirkəti 1 may 2015-ci il tarixində Xəzər universitetində keçirilən “Tələbə Əmək Yarmarkası”-nda iştirak edərək, tələbələrə şirkət tərəfindən təqdim olunan İR üzrə yay təcrübə proqramı barədə məlumat verərək, onların müraciətlərinə baxmışdır.