az en
info@fworks.az
+994 12 447 74 78
+994 70 336 88 11

Məqalələr - TAPŞIRIQLARIN BÖLÜŞDÜRÜLMƏSİ

Yaxşı nəticə üçün düzgün oyunçu seçin

Hər bir komanda oyununda yarışlar üçün düzgün oyunçu seçiminə daha çox vaxt sərf edilir.

Seçim prosesinə hər bir komanda üzvünün oyunçu bacarıqlarına əsaslanaraq, hansı pozisiyada oynaya biləcəyi, onun formada olması (hal-hazırkı vəziyyətdə yaxşı oyun nümayiş etdirmə qabiliyyəti) və eləcə də, komandanın üzləşdiyi opozisiya daxildir.

İdmanda olduğu kimi biznesdə də, bu üsul optimal sayılır. Liderlər yaxşı nəticə üçün düzgün insanları seçərək onlara bacarıq və təcrübələrinə uyğun olan tapşırıqlar həvalə etməlidir. Bu, prosesin özəyini təşkil edir.

Təlimatlardan necə istifadə etməli

Burada sizə düzgün iş bölüşdürülməsinə nail olmaq üçün dörd-mərhələli “BALM” üsulunu təqdim edirik:

- (Break down) İri həcmli komanda hədəflərini spesifik və fərdi tapşırıqlara Bölün. Tapşırıqları tərtib edin və hər bir tapşırığı əhəmiyyəti baxımından sıralayın.
- (Analyze) Analiz apararaq müəyyən bir tapşırıq üçün tələb olunan bacarıqların siyahısını tərtib etdin.
- (List) Hər bir komanda üzvü üçün bacarıqların siyahısını Tərtib edin.
- (Match)  Bacarıqları hər bir fərd üçün Uyğunlaşdırın. 

Bunu etməyin ən asan üsulu hər bir tapşırıq üçün lazım olan bacarıqları bir rəngdə, komanda üzvlərinin bacarıqlarını isə bir başqa rəngdə yazmaqdır. Siz bunları insanları vəzifələrə görə uyğunlaşdırdığınız kimi dəyişə bilərsiniz.

Başlanğıc addım kimi bu çox gözəl təşəbbüsdür. Lakin, reallıqda siz daha çox çətinlik və çatışmazlıqlarla qarşılaşacaqsınız. Belə oxşar vəziyyətlərdə sizin düşünülmüş qərarlar qəbul etməyiniz məqbul sayılır.

Çətinlik və çatışmazlıqlar

Çətinlikləriniz olduğu yerdə sizin iki seçiminiz var: Ya yaxşı ixtisaslı şəxsləri daha vacib tapşırıqlar üçün ayıra bilərsiniz, ya da bu tapşırıqları ən aşağı təşkilat səviyyəsində çalışan bir şəxsə uyğun bölüşdürə bilərsiniz. Hər iki yanaşmanın müxtəlif vəziyyətlər üçün öz təstiqi var: Biri, sizi işi yüksək əminliklə icra etməyə sövq etdiyi təqdirdə, digəri isə işi daha da effektiv formada və az xərclə həyata keçirməyə sövq edir.

Çatışmazlıqlarınız olduğu təqdirdə sizin ya mövcud komanda üzvlərinizə təlim keçmə ehtiyacınız ola bilər, ya da çatışmazlıqları tamamlamaq üçün yeni insanları komandaya cəlb edə bilərsiniz. Əksər hallarda, təlim keçmək ən yaxşı seçim sayılır. Təkcə ona görə yox ki, bu üsul daha ucuz başa gəlir, eyni zamanda, ona görə ki, siz təlim keçməklə hər bir fərdin sahib olduğu bacarıq və çalışma metodu barədə məlumat əldə edirsiniz. Digər tərəfdən isə, yenicə təlim keçmiş şəxs əksər hallarda kifayət qədər nəzəri biliklərə malik olsa da, təlim zamanı əldə etdiyi bilikləri praktikada həyata keçirməkdə çətinlik çəkir.

Son illərin ən çox təstiqini tapmış menecerlərin verdiyi tövsiyyə ondan ibarətdir ki, “Heç vaxt komanda abu-havasını, motivasiyasını və gərgin iş fəaliyyətini kiçik qiymətləndirməyin.” (Bu tövsiyyə eyni zamanda, “..və heç vaxt insanların bilik və anlayışlarını olduğundan daha yüksək qiymətləndirməyin” sözləri ilə tamamlanır.)

Lakin, əgər bir kəs komandanı məğlubiyyətə doğru yuvarlaqlayırsa, siz bu vəziyyəti idarə etmək üçün daha aktiv olmalısınız.  Heç bir səy göstərməyən passiv şəxslər komanda qarşısında mənfi örnək nümayiş etdirərək, uğur əldə etmək üçün görülən bütün fəaliyyətlər qarşısında maneə törədir.

Əmin olun ki, siz istənilən bir vəziyyət barədə komandanı xəbərdar etmə qabiliyyətinə malik olmayan bir şəxslə danışa bilərsiniz. Eləcə də, əmin olun ki, siz operativ formada bu çatışmazlığı anlayaraq, komanda fəaliyyətində yarana biləcək istənilən bir maneəni aradan qaldıra bilərsiniz. Tapşırığı tələb edildiyi kimi yerinə yetirmək üçün müəyyən bir sayda olmaqla, bərabər səviyyəli imkanlar təqdim edin. Lakin, əgər nümayiş etdirilən fəaliyyət qənaətbəxş edici  səviyyədə deyilsə, o zaman, həmin passiv üzv komandadan kənarlaşdırılmalıdır.

Hər bir komanda üzvünün təyin edilməsi

Hər bir komanda üzvünün hansı vəzifəni icra edəcəyini qərarlaşdırdıqdan sonra komandanızla qəbul etdiyiniz qərarları müzakirə etməlisiniz.

Komanda daxilində, hər bir komanda üzvü öz vəzifəsini bilməlidir. Hər bir şəxsin vəzifəsi fərdi öhdəliklərlə birgə, tam aydın formada müəyyən edilməli, səlahiyət və cavabdehlikləri izah edilməlidir (bunu etməyin ən yaxşı üsulu sadalananları yazıda əks etdirməkdir).

Özəl olaraq vurğulamaq istərdik ki, komandanızın heç bir üzvü düşünməməlidir ki:

- Nə üçün biz buradayıq?
- Bizim nə etməyimiz nəzərdə tutulub?
- Mən hansı vəzifəni icra edə bilərəm?

Komandanızı yığcam kollektivdən təşkil edin, lakin, eyni zamanda da, əmin olun ki, sizin gözlənilməz hallar zamanı başlıca vəzifələri icra etmək üçün əvvəlcədən müəyyən etdiyiniz ehtiyatda olan insanlar var. Komandada “az amma yaxşı insan”-la çalışmaq “çoxlu insan”-la çalışmaqdan daha önəmlidir. Bununla bərabər, unutmayın ki, əsas insanlar komandadan uzaqlaşdığı təqdirdə ehtiyyatda olan insanlardan faydalana bilərsiniz.

Araşdırmalar göstərir ki, müxtəlif tipli komanda üzvləri daha da uğurlu fəaliyyət göstərə bilər nəinki, eyni iş təcrübəsinə malik olan komanda üzvləri.  Müxtəlif tipli komanda fərqli təcrübələr təqdim edərək, “qrup müzakirə”-sinə daha az meyilli olduqlarına görə, problem yarandığı təqdirdə komanda mübahisələrindən uzaq olurlar.

Ümumilikdə isə, komanda üzvlərinin vəzifə bölgüsü zamanı siz hər bir şəxsin psixoloji hazırlığına fikir verməli, onları motivasiya edib bu işin öhdəsindən yalnız onların gələ biləcəyinə inandırmalısınız. Məhz belə olduğu təqdirdə psixoloji cəhətdən hazır olan komanda üzvü verilən tapşırığı da düzgün formada yerinə yetirə bilər.

Beləliklə, uğurlu komanda fəaliyyətinə nail olmaq üçün atılan ən optimal addım psixoloji hazırlıqla bərabər, düzgün vəzifə bölgüsü hesab olunur.