az en
info@fworks.az
+994 12 447 74 78
+994 70 336 88 11

Məqalələr - Liderlik Baxımından

Sizin Rəhbərliyiniz Baxımından Ən uğurlu biznes liderlərini iki ümumi cəhətlər birləşdirir: 1) Onlar öz tematikası barədə aydın fikirləri və 2) Başqaları ilə onu sərbəst şəkildə bölüşmək üçün bir qədər özlərinə inamları var. Lakin indiki zamanda, nadir hallarda hansısa işçi deyə bilər ki, onlar öz rəhbərliyinin nöqteyi-nəzəri ilə tanışdılar. Və nə dərəcədə bu mövzu ilə maraqlanıb, dəyərlər verirlər? Bir rəhbər-lider kimi sizin başlıca təsir gücünüz öz işçilərinizlə mütəmadi olaraq informasiya mübadiləsi aparmaqdadır. Sizin rəhbərliyiniz baxımından öndə olan vəzifələrinizdən biridə öz şəxsi şərhinizdir. Bu, ətrafınızda olanlara çox şey bildirir. Özünüzdən soruşun: İşçilər mənim rəhbərlik fəlsəfəmdən xəbərdardılar? Onlar bilirlər ki, mən nəyə üstünlük verirəm? Onlar bilirlər ki, Mən öz üzərimdə çox çalışıram? Bu suallara cavab tapandan sonra sizə daha rahat olacaq fikirlərinizi bölüşmək və ən əsas bunun lazımlı olduğunu da başa düşəcəksiz, bunlar hamısı sizə istənilən vaxt əminlik hissi verəcək. Burada sizin rəhbərliyinizi inkişaf etdirmək üç sadə yolları təqdim edilib. Rəhbərlik sözünün mənası nədir? Özünüz bu sözü necə başa düşürsüz? Rəhbərlik necə ölçülür? Bu sözün mənası əslində bir neçədir, amma siz özünüzə uyğun bir məna formalaşdırıb, onunla idarə etməlisiz. Sizin üçün bu söz nə məna verir? Ətrafınızdan kimsə sabah rəhbər olmaq istəsə, ona necə başa salarsız? Sözün mənası sizin gördüyünüz iş ilə uyğunlaşır? Bir işi çətin ki, mükəmməl bacararsız – mənasını bilməsəz əgər. Çalışın sözün mənasını sadələşdirəsiz, onda əminliklə hamı ilə bölüşə bilərsiz. Liderlik – mükəmməl iş mühitinin yarada bilməsidir. Nə yazırsız yazın, amma ən əsası həyata keçirtməkdir, kağızda yazılan istəklərinizi reallaşdırmaqdır. Kimsə sizdən lider nə olduğunu soruşsa qısa kəsməyin…bölüşün. Rəhbərliyinizin prinsipləri nədir? Necə düşünürsüz? Ən əsas nəyə üstünlük verirsiz? Sizin liderlik üslubunuzu təşkil edən dəyərlər hansılardır? Təcrübə göstərir ki, bu prosesə başlayan zaman 10 əsas prinsiplərinizi ayırsaz, onlar üzərində işləsəz daha məqsədə uyğun olar. Tövsiyyə edirik ki, komandanızla uğur naminə heç vaxt pozulmayacaq qaydalar tərtib edəsiz. Töhfəniz nədən ibarətdir? Bu sadə sual haqqında düşünün. Şirkət üçün nə etdiyinizi fikirləşin. Sualı cavablandıranda vəzifənizi və ya illik hədəflərinizi düşünməyin. Daha geniş  düşünün, bu vəzifədə rolunuzu başa düşməyə çalışın. Yaradıcı və cəsarətli olun – sizcə siz niyə görə hələ də məhz həmin şirkətdə çalışırsız? Əgər siz rəhbərsinizsə, yəgin ki, işçilərinizdə maksimum peşakarlıq axtaracaqsız, belə olsa – uğur qazanan komanda müşahidə etmək imkanı yaradılacaq. Özünüz başa düşürsüz ki, bu 3 nümunələrlə kifayətlənmir… hər birini işçilərinizlə paylaşın – bu birinci addımınız sayılar. Tövsiyyə edirik ki, bir birinizdən nə gözlədiyinizi də bildirəsiz, bu hər iki tərəfin işini asanlaşdıracaq.