az en
info@fworks.az
+994 12 447 74 78
+994 70 336 88 11

Məqalələr - Siz pis davranışa dözürsünüz, yoxsa buna şərait yaradırsınız?

Siz pis davranışa dözürsünüz, yoxsa buna şərait yaradırsınız?

“Başlanğıcdakı dözüm sonda razılığa çevrilir. Nəyə dözürsünüzsə, onu da əldə edirsiniz.” – Dən Rokvel, Amerika biznesmeni

Bu səhər son zamanlar bir çox həftədə olduğu kimi Zaur dördüncü dəfə işə gecikdi. Birinci dəfə bu məsələni çözə bilmədiniz, çünki bu informasiyanı etibarlı mənbələrdən almamışdınız. İkinci dəfə o qədər məşğul idiniz ki, Zaura baş qoşmaq prioritet deyildi. Növbəti gün bu faktla bağlı iş görmək gec idi. Üçüncü dəfə bunu etmək üçün özünüzü pis hiss etdiniz, çünki əvvəlki gün Tom böyük layihə təqdim etmişdi. Budur, artıq dördüncü dəfə baş verdi. Bilirsiniz ki, Zaurla danışmalısınız, amma özünüzü narahat hiss edirsiniz. Belə baxanda, üç dəfə gecikməsində problem yaşanmamışdı. Dördüncü dəfə nə oldu ki?

Qeyri-məqbul davranışa dözüm göstərməklə buna rəvac vermiş olursunuz. Davranışla bağlı heç bir tədbir görmədən bunun davam etməsinə imkan vermək belə vəziyyətin inkişafına töhfə vermək deməkdir. Qeyri-məqbul davranışa müqavimət göstərilməsə, yaxud ən azı həmin şəxsə bunun məqbul olmadığı bilidirilməsə o, “çiçəklənir”.

Bu davranışla bağlı bir şey etməsəniz (eləcə də özünüzlə) dözümlülüyün elə anı gələr ki, o, razılığa çevrilər. “Nə baş verib ki?” özünüz-özünüzə deyirsiniz. “Bunu nə dramatikləşdirməyə, nə də buna enerji sərf etməyə dəyməz” – bu da başqa bəhanədir. Yaxud bəlkə də hiss edirsiniz ki, o insanın bir çox yaxşı keyfiyyəti var və pis davranışın düzəldilməsi sizi daha da cazibədar edəcəkdir.

GÜNÜN DÜŞÜNCƏSİ: Əgər pis davranış “balaca” ikən onunla bağlı iş görməsən o “böyüyəndə” bununla mübarizə aparmalı olacaqsınız. Amma unutma ki, böyük fili təlimləndirmək balaca fili təlimləndirməkdən çox çətindir.

Nəyə dözürsənsə, onu da əldə edirsən … ona görə də pis davranışın “böyüməsini” istəmirsinizsə, “balaca”lara dözməməlisiniz.

Əvvəllər elə bir hal olubmu ki, kiminsə pis davranışını aydnlaşdırmaq əvəzinə buna dözmüsünüz? Xahiş edirik ki, bəzi təcrübələrinizi bizimlə paylaşasınız.

Anar.Ibadov@fworks.az