az en
info@fworks.az
+994 12 447 74 78
+994 70 336 88 11

MÜSAHİBƏ SUALLARI

Əmək fəaliyyəti tarixçəsi
  • Şirkətin adı, vəzifəniz və təsviri, məşğulluq tarixi.
  • CV-niz haqqında suallar.
  • İşlə bağlı gözləntiləriniz hansılar idi və onlar özünü nə dərəcədə doğrultdu?
  • Başlanğıc və yekun kompensasiya səviyyəniz neçə olmuşdur?
  • Məsuliyyətləriniz nədən ibarət idi?
  • Hansı əsas çətinlik və problemlərlə rastlaşdınız? Onları necə idarə etdiniz?
  • Səhvlərinizdən nə öyrəndiniz?
  • Əvvəlki işinizdə nəyi xoşlayır, yaxud xoşlamırdınız?
  • Ən çox, ən az mükafatınız?
  • Bu vəzifədə ən böyük nailiyyət / uğursuzluq nədən ibarət idi?
  • Aşağı vəzifəyə keçirilmə haqqında suallar.
  • Rəhbər və kolleqalarınız haqqında suallar.
  • Rəhbərinizlə işləmək necə idi?
  • Rəhbərdən nə gözləyirsiniz?
  • İşdə hansı problemlərlə üzləşdiniz?
  • Nə vaxtsa menecerlə çətinliklə üzləşdinizmi?
  • Ən yaxşı və ən pis rəhbəriniz kim olmuşdur?
  • İdeal rəhbərinizi təsvir edin.
  • İşinizi niyə tərk edirsiniz?
  • İşləri niyə dəyişmək istəyirsiniz?
  • Sizi niyə işdən çıxartdılar?
  • İşdən niyə azad edildiniz?
  • İşinizi niyə tərk etdiniz?
  • Nə səbəbə istefa etdiniz?
  • Son işinizdən bəri nə işlə məşğulsunuz?
  • Niyə bu qədər uzun müddət işsiz qalmısnız?
Haqqınızda
  • Stress və təzyiqi necə idarə edirsiniz?
  • Sizi motivasiya edən nədir?
  • Özünüzü motivasiya edə bilirsinizmi?
  • Maaşla bağlı gözləntiləriniz?
  • Sizcə ən ç’tin qərarlar hansılardır?
  • Özünüzdən danışın.
  • Həyatda ən böyük məyusluğunuz nə olmuşdur?
  • Çılğınlığınız nə ilə bağlıdır?
  • Pis vərdişləriniz hansılardır? İnsanlar ən çox Sizdə nəyi tənqid edirlər?
  • Nə vaxttsa həyata keçirtdiyiniz ən pis şey hansıdır?
  • Son dəfə nə vaxt əsəbləşmisiniz? Nə baş vermişdi?
  • Bu əsas fənni hansı səbəbdən seçmisiniz?
  • Məktəbə nə səbəbdən qayıtdınız?
  • Həyatınızın son 10 ilini dəyişə bilsəydiniz, nəyi fərqli edərdiniz?
  • Əgər Sizi tanıyanlara sual verilsə ki, Sizi niyə işə qəbul etmək lazımdır, onlar nə deyərdilər?
  • Müstəqil, yaxud komanda şəklində işləməyə üstünlük verirsiniz?
  • Komanda işi haqqında nümunələr gətirin.
  • Komanda işi ilə bağlı daha çox müsahibə sualı.
  • Hansı iş mühitinə üstünlük verirsiniz?
  • Sizin üçün uğur nədir?
  • Əgər müdirinizin hər hansı məsələ ilə bağlı 100% səhv olduğunu bilsəydiniz, nə edərdiniz?
  • Çətin iş vəziyyətini / layihəni təsvir edin, Siz onun öhdəsindən necə gəldiniz.
  • İş yükünüzün çox olduğu vəziyyəti təsvir edin, Siz onun öhdəsindən necə gəldiniz.
  • Bacarıqlarınızla bağlı daha çox müsahibə sualı.
  • Sizin haqqınızda daha çox müsahibə sualı.
Yeni iş və şirkət haqqında
  • Bu işlə bağlı Sizi maraqlandıran nədir?
  • Bu işi niyə istəyirsiniz?
  • Hansı tətbiq edilə bilən xüsusiyyətlərə / təcrübəyə maliksiniz?
  • Bu iş üçün peşəkar keyfiyyətiniz həddən artıqdırmı?
  • Bu şirkət üçün nə edə bilərsiniz?
  • Sizi işə qəbul etməliyikmi?
  • Bu işə digər namizədlərin əvəzinə Sizi qəbul etməliyikmi?
  • Siz niyə bu iş üçün ən yaxşı şəxssiniz?
  • Bu şirkət haqqında nə bilirsiniz?
  • Nə səbəbə burada işləmək istəyirsiniz?
  • Bu vəzifədə hansı çətinliklər gözləyirsiniz?
  • Şirkətə hansı töhfəni verə bilərsiniz?
  • Bu işdə olcağınız ilk 30 gün ərzində hansı işləri yerinə yetirəcəyinizi düşünürsünüz?
  • Əgər şirkətin qeyri-qanuni bir işlə məşğul olduğunu bilsəniz, nə edərdiniz?
  • Səyahət etməyi arzulayırsınızmı?
  • Yaxşı müştəri xidməti nə deməkdir?
  • Bu şirkətdə neçə müddət çalışmağı düşünürsünüz?
  • Daha az pula görə bu işi hansı səbəbdən qəbul edərdiniz?
  • Müsahibə götürən şəxs kimi mənə reytinq verməyinizi xahiş edirəm.
  • Iş, yaxud şirkətlə bağlı bilmək istədiyiniz,mənimsə demədiyim nəsə vardırmı?
Gələcək
  • Növbəti işdə nə axtarırsınız? Sizin üçün mühüm olan nədir?
  • 5 ildən sonra özünüzü harada görürsünüz?
  • 10 ildən sonra özünüzü harada görürsünüz? (daha yaşlı namizədlər üçün)
  • Növbəti beş/on il üçün məqsədləriniz?
  • O məqsədlərə necə çatmağı planlaşdırırsınız?
  • Özünüzdən cavan menecerlə işləməyə münasibətiniz?
  • Maaşla bağlı tələbləriniz – qısa və uzun müddətli?
  • Karyera məqsədləriniz haqqında suallar.
  • Bu vəzifəyə qəbul edilməsəniz nə edəcəksiniz?
  • Daha harada müsahibə götürürsünüz?
Davranışla bağlı müsahibə sualları

Bu standart suallara cavab verməyə hazır olmaqdan əlavə davranış əsaslı müsahibə suallarına da hazır olun. Bu belə bir gümana əsaslanır ki, namizədin ötən fəaliyyəti onun gələcək fəaliyyətinin ən yaxşı bələdçisidir. Siz iş təcrübənizlə bağlı xüsusi nümunələr daxil olmaqla təfərrüatlı cavablar verməyə hazır olmalısınız. Davranışla bağlı müsahibə sualları nümunələrini nəzərdən keçirin.

Davranışla bağlı iş müsahibəsində şirkət qəbul etdiyi şəxsdə hansı bacarıqları görmək istədiyini qərarlaşdırır və namizəddə həmin bacarıqların olub-olmadığını aşkar etmək üçün suallar verir.

Davranışla bağlı müsahibə sualları ənənəvi müsahibə suallarına nisbətən daha fokuslaşmış olur; iş yerində müxtəlif vəziyyətləri necə idarə etməyinizlə bağlı xüsusi nümunələr gətirməlisiniz. Davranışla bağlı müsahibə zamanı Sizə verilə biləcək sual nümunələrini nəzərdən keçirin və onlara necə cavab verəcəyiniz haqqında fikirləşin. Bu minvalla Siz müsahibə zamanı bilavasitə yerində cavab üzərində düşünməli olmaqdansa vaxtından qabaq hazırlanmış olacaqsınız.
• Problemi həll etmək üçün məntiqdən istifadə etdiyiniz hala aid nümunə gətirin.
• Nail olduğunuz məqsəd haqqında nümunə gətirin, məqsədə necə nail olduğunuzu deyin.
• Nail olmadığınız məqsəd haqqında nümunə gətirin, Siz onu necə idarə etdiniz.
• İşdə stressli vəziyyəti təsvir edin, Siz onu necə idarə etdiniz.
• Təzyiq altında necə səmərəli işlədiyiniz haqqında mənə danışın.
• Çətinliyi necə idarə edirsiniz?
• Kifayət qədər işiniz olmadığı halla nə vaxtsa rastlaşmısınızmı?
• Heç səhv etmisiniz? Onu necə idarə etdiniz?
• Verdiyiniz məşhur olmayan qərarı təsvir edin, onu necə idarə etdiniz.
• Nə vaxtsa riskli qərar vermisinizmi? Niyə? Onu necə idarə etdiniz?
• Nə vaxtsa qərar qəbulunu təxirə salmısınızmı? Niyə?
• Nə vaxtsa razılaşmadığınız şirkət siyasəti ilə işiniz olmuşdurmu? Necə?
• Vəzifə borcunun tələb olunan səviyyəsini aşmısınızmı? Aşmısınızsa, necə?
• Çox saylı layihələr üzərində işlədikdə, prioritetləşməni necə həyata keçirtdiniz?
• İşin yerinə yetirilməsi üçün qoyulmuş az zaman kəsiyini necə idarə etmisiniz?
• Məqsədləri necə müəyyən etdiyiniz və onlara necə nail olmağınız haqqında nümunələr verin.
• Nə vaxtsa məqsədlərinizə çatmadığınız hallar olmuşdurmu? Niyə?
• Qrafikiniz yarımçıq kəsildikdə nə edirsiniz? Onu necə idarə etdiyiniz haqqında nümunə gətirin.
• Nə vaxtsa komandanı həvəsində olmadıqları işi görməyə inandırmalı olmusunuzmu? Bunu necə etdiniz?
• Komanda üzərində necə işlədiyiniz haqqında nümunə gətirin.
• İş yoldaşınızla cətin vəziyyəti idarə etmisinizmi? Necə?
• İş yoldaşınızla razı olmadıqda nə edirsiniz?
• Əməkdaşları, yaxud iş yoldaşlarını necə motivə edə bildiyiniz haqqında nümunə gətirin.
• Qulaq asırsınızmı? Necə qulaq asdığınız, yaxud qulaq asmadığınız hallar haqqında nümunə gətirin.
• Rəhbərinizlə cətin vəziyyəti idarə etmisinizmi? Necə?
• Başqa departamentlə cətin vəziyyəti idarə etmisinizmi? Necə?
• Müştəri, yaxud satıcı ilə cətin vəziyyəti idarə etmisinizmi? Necə?
• Müdirlə razı olmadıqda nə edirsiniz?

Qanunsuz müsahibə sualları
Elə müsahibə sualları vardır ki, onlar, bir qayda olaraq, qanunsuz sayılır və işə götürənlər müsahibə zamanı o sualları verməməlidir. İş müsahibəsi zamanı verilməli olmayan suallar və onlara ən yaxşı şəkilldə necə cavab vermək aşağıda verilmişdir.İşə götürənlər aşağıdakı suallardan heç birini verməməlidirlər, çünki namizədi onlardan hər hansı biri səbəbindən işə qəbul etməmək ayrıseçkilik hesab olunur:

  • İrq
  • Rəng
  • Cins
  • Din
  • Milli mənşə
  • Doğulduğu yer
  • Yaş
  • Fiziki qüsur
  • Ailə vəziyyəti
Telefon müsahibə sualları
Gündəlikdə telefon müsahibəsi var? Telefon müsahibəsi zamanı verilən ümumi suallar və onlara ən yaxşı cavab vermək üçün məsləhətlər aşağıda verilmişdir, onların köməyilə müsahibə prosesinin növbəti mərhələsinə keçid ala bilərsiniz.Telefon müsahibələri də bilavasitə şəxsən müsahibə kimi həyata keçirilər. İşə qəbul edən menecerlər və işə qəbuledicilər onlardan namizədlərin məşğulluq üçün skrininq aləti kimi istifadə edirlər.Telefonla veriləcək səciyyəvi müsahibə suallarını nəzərdən keçirtməyə və cavablar hazırlamağa vaxt sərf etmək lazımdır. Bundan əlavə, iş stajı və bacarıqlarınız haqqında telefon söhbətinə da hazırlaşın.

İş stajınız haqqında telefonla müsahibə sualları

  • Şirkətin adı, vəzifəniz və təsviri, məşğulluq tarixi.
  • Başlanğıc və yekun kompensasiya səiyyəniz neçə olmuşdur?
  • Məsuliyyətləriniz nədən ibarət idi?
  • Hansı əsas çətinlik və problemlərlə rastlaşdınız? Onları necə idarə etdiniz?
  • İşinizi niyə tərk edirsiniz?
  • Maaşla bağlı gözləntiləriniz?

Yeni iş və şirkət haqqında telefonla müsahibə sualları

  • Bu işlə bağlı Sizi maraqlandıran nədir?
  • Bu işi niyə istəyirsiniz?
  • Hansı tətbiq edilə bilən xüsusiyyətlərə / təcrübəyə maliksiniz?
  • Bu iş üçün peşəkar keyfiyyətiniz həddən artıqdırmı?
  • Bu şirkət üçün nə edə bilərsiniz?
  • Bu şirkət haqqında nə bilirsiniz?
  • Nə səbəbə burada işləmək istəyirsiniz?
  • Bu vəzifədə hansı şətinliklər gözləyirsiniz?
  • Şirkətə hansı töhfəni verə bilərsiniz?
  • Səyahət etməyi arzulayırsınızım?
  • Iş, yaxud şirkətlə bağlı bilmək istəfiyiniz,mənimsə demədiyim nəsə vardırmı?

Haqqınızda telefonla müsahibə sualları

  • Növbəti işdə nə axtarırsınız? Sizin üçün mühüm olan nədir?
  • Ən böyük zəifliyiniz?
  • Ən böyük gücünüz?
  • Adi iş həftəsini təsvir edin.
  • İşlədiyiniz yeri necə təsvir edərdiniz?
  • Stress və təzyiqi necə idarə edirsiniz?
  • Sizi motivasiya edən nədir?
  • Mənə özünüz haqqınızda danişın.
  • Karyera məqsədləriniz haqqında suallar.
  • Hansı iş mühitinə üstünlük verirsiniz?
  • Sizin üçün uğur nədir?
  • Bacarıqlarınız haqqında müsahibə sualları.
  • Haqqınızda daha çox müsahibə sualları.

Telefonla müsahibə etiketi

Söhbət işə qəbuldan getdikdə telefonla müsahibə etiketi şəxsən müsahibə zamanı olan etiket qədər mühümdür. Çünki necə müsahibə aparmağınızdan asılı olmayaraq, uğurlu müsahibə Sizi işə qəbul prosesinin növbəti mərhələsinə aparacaqdır.

Müşkül müsahibə sualları
    Müsahibə zamanı Sizə verilə biləcək bəzi həddən ziyadə ağır suallar mövcuddur.Bunlar müsahibə zamanı Sizə verilə biləcək müsahibə suallarının ən müşkülüdür. Sualları nəzərdən keçirin, iş təcrübəniz və bacarıqlarınıza əsasən müvafiq cavab hazırlayın.Mütləq şəkildə düzgün, yaxud yanlış cavab yoxdur, lakin cavab verməzdən qabaq müraciət etdiyiniz vəzifəni, bacarıqlarınızı və şirkətin mədəniyyətini diqqətlə nəzərdən keçirin.

İş yoldaşları və supervayzerlər haqqında suallar

Üzərinə düşən vəzifəni ədalətlə yerinə yetirməyən iş yoldaşınızla vəziyyəti necə idarə etdiyiniz vaxtdan danışın. Nə etdiniz və nəticəsi nə oldu?

  • İş yoldaşınız, yaxud supervayzerinizin nailiyyətlərini digərləri ilə paylaşmağa sərf etdiyiniz vaxtla bağlı mənə nümunə gətirin.
  • Supervayzerlə yaxşı işləyə bilmədiyiniz vaxtdan danışın. Nəticə nə oldu və o nəticəni necə dəyişərdiniz?
  • Xoşlamadığını birisi ilə işləmisinizmi? İşləmisinizsə, o vəziyyəti necə idarə etdiniz?
  • Kiməsə kömək etdiyiniz vaxtdan danışın.
  • İnsan haqqında yanlış rəy verdiyiniz vaxtdan danışın.
  • Özünüzdən böyük (kiçik) iş yoldaşlarınızla necə yola gedirsiniz?

Bacarıqlarınızla bağlı suallar

  • Uğursuz qərarınızı təsvir edin. Nə və niyə baş verdi?
  • Texniki informasiyanın qeyri-texniki auditoriyaya çatdırılması ilə məşğul olduğnuz vaxtdan danışın.
  • Məlumatlar, onların təfsiri və təqdimatı ilə məşğul olduğnuz vaxtdan danışın.
  • Sizcə Siz bu işdə niyə uğur qazanacaqsınız?
  • Komandada iştirak etdiyiniz vaxtdan danışın, rolunuz nədən ibarət idi?
  • Bir-birinə zidd priortitetlərlə üzləşdiyiniz vaxtdan danışın. Ən vacib olanı necə müəyyən etdiniz?
  • Uğursuzluğa düçar olduğunuz vaxtdab danışın.

Özünüz haqqınızda suallar

  • Yenidən iş fəaliyyətinə başlasaydınız, nəyi fərqli edərdiniz?
  • Həyatla işi necə balanslaşdırırsınız?
  • Hansı kommunikasiya vasitəsinə üstünlük verirsiniz – SMS, telefon, yaxud e-poçt?
  • Məzuniyyətdə olarkən səsli mesaj və e-poçtuunzu yoxlayırsınızmı?
  • Sevimli kitabınız hansıdır? Sevimli filminiz necə?
  • Hansı tarixi şəxsiyyətə və nə səbəbdən pərəstiş edirsiniz?
  • (İstər ölü, istər diri) kiminləsə nahar etmək seçiminiz olsaydı, kimi seçərdiniz?
  • Karuseldə heyvan ola bilsəydiniz, nəyi və niyə seçərdiniz?
  • Məşğulluğunuzdakı bu altı aylıq boşluq zamanı nə ilə məşğul idiniz?
  • Nəyi sevirsiniz?
  • Həyatınızdakı bu yerə Sizi nə gətirib çıxardıb?
  • Özünüzü uğurlu hesab edirsinizmi?
  • İşinizdə Sizi nə ruhlandırır?
  • Vəzifədə Sizi həyəcanlandıran nədir və Sizcə, Sizi nə gərginləşdirə bilər?
  • Həyatınızda Sizə kimlər təsir göstərir?
Ümumi suallar
  • Riskə gedirsinizmi?
  • Tarixi şəxsiyyətlə görüşə bilsəydiniz, bu kim və hansı səbəbdən ola bilərdi?
  • Heyvan olmuş olsaydınız, hansı heyvan olardınız?
  • İndi isə növbə Sizindir.
  • Məni Sizi işə qəbul etməyə inandırın.
  • Sizi niyə işə götürməməliyəm?
  • Sevdiyiniz park əyləncəsi hansıdır?
  • Sevdiyiniz oyun hansıdır?
  • Ən son hansı kitabı oxumusunuz?
  • Sevdiyiniz müğənni kimdir?