az en
info@fworks.az
+994 12 447 74 78
+994 70 336 88 11

Məqalələr - Qısa müddətdə böyük nailiyyətlər qazanmağın yolu

Çətin işi səmərəli yerinə yetirmək

 

Daha effektiv işləmək üçün aşağıdakı strategiyaları istifadə edə bilərsiniz

 

 

 

1-ci addım: Öz iş yerinizi qurun

Rahat və sağlam iş yerini qurmaq çox vacibdir.Araşdırmalar göstərir ki rahat iş yeri sizin effektivliyinizi  inkişaf etdirə bilər və sizin rahat olmağınız həmçinin, diqqətinizin artmasının səbəbi ola bilər. Bunun üçün siz hətta işlədiyinizin masa və oturacağın rahat olmasına fikir verməlisiniz.

Sizin iş yeriniz işıqlı, isti və ya müvafiq otaq tempraturunda olmalıdır. Gününüzün böyük hissəsini keçirdiyiniz bir yer kimi bu yer sizi ruhlandırmalıdır və orda işləməkdən zövq almalısınız.

Digər maneləri və fasilələri minimuma endirmək üçün müxtəlif çıxış yolları axtarın. Məsələn, həmkarlarınızdan biri dəfələrlə sizin ofisə qısa ünsiyyət üçün daxil olursa, siz ona təklikdə nəzakətlə sizin məşğul olduğunuzu və başqa zaman danışmaq istədiyinizi başa sala bilərsiniz. Əksinə, siz nahar zamanı və ya həftəlik görüş təklif edib bütün sualları cavablandıra bilərsiniz.

Sonda isə işinizi effektiv görməyiniz üçün başlamadan əvvəl bütün lazım olan resursları topladığınızdan əmin olun. İş yerinizdən bir fayl və ya kitab dalınca qalxmağınız həm işin effektivliyini həm sizin diqqətinizi azaldır.

2-ci addım: Öz enerjinizi saxlamaq üçün düzgün cədvəl qoyun

Sizin enerjinizin gün ərzində nə zaman yüksək nə zaman az olduğu haqqında fikirləşin. Hər kəsin işə daha çox hazır vaxtları olur və hər kəsin enerjisinin azalan, işə davam etmə həvəsi qısalan dövrləri olur. Siz bu təbii vəsaitlərin ətrafında işinizi qursanız, az vaxtda daha çox iş görə biləcəksiniz və daha keyfiyyətli iş istehsal edəcəksiniz. Çətin və ya daha çox diqqət tələb edən işləri enerjiniz bol olan zaman edin. Enerjinizin az olan dövrlərdə gücünüzü çoxaltmaq üçün biraz su içə, qısa gəzinti edə və ya mümkün olduğu təqdirdə, bir neçə dəqiqəlik meditasiya edə bilərsiniz. Nahar zamanı mürgüləyə bilərsiniz. Araşdırmalar göstərir ki qısa yuxu sizin yaddaşınızı və effektivliyinizi çoxaldır.

 

3-cü addım: Əhəmiyyətsiz işi aradan qaldırın

 

Bütün işlərin əhəmiyyəti eyni deyil. Bəzi işlər çox vacibdir və sizin ona sərf etdiyiniz vaxta dəyər, digərləri isə çox vaxt aparan və şirkətinizə əhəmiyyəti böyük olmayan işlərdi. Bir iki həftə keçdikdən sonra etdiyiniz işlərə bir də fikir verin. Onlardan hansıları şirkətin və sizin karyeranızın hədəflərinə sizi yaxınlaşdırır? və onlardan hansı yalnız sizin vaxtınızı alır?

Prioritet olmayan işləri müəyyənləşdirdikdən sonra onları başqasına yönləndirə bilərsiniz. Vacib iş gördüyünüz zaman bir neçə iş görməyinizə müqavimət göstərin. Bu, sizin gördüyünüz işin keyfiyyətini aşağı sala bilər

 

4-cü addım: Effektiv görüşlər keçirin.

 

Professorlar Nikolas Romano və Jey Numanaker menecerlərin və işçilərin iştrak etdiyi görüşlərin analizini aparmışdılar. Onlar bu peşakarların 25-80 faiz vaxtlarının bu toplantılarda itirdiyini araşdırdılar. Siz çox güman kı, bu statistika sırasında hardasa  ortadasınız və bu həftənizin yarısının görüşlərdə keçdiyini bildirir.

Daha effektiv görüşlər keçirmək üçün, toplantının gündəliyini düzəltməyə vaxt ayırın və müzakirə edilməsi vacib olan mövzuları seçin.

Sonra bu toplantılarda kimin iştirak etməsinin vacib olmasını təyin edin. Siyahı tərtib edin və hər kəsin hansı rolu daşıdığını müəyyənləşdirin. Görüşdə nə qədər az insan olsa, toplantı bir o qədər də effektiv keçəcək. Görüşü hazırlayan vaxt sizə nə qədər vaxt lazım olmasına qərar verin. Əgər siz, bir saatın kifayyət olduğunu düşünürsüzsə, o zaman 30 dəqiqə vaxt qoyun. Parkinsonun dediyinə görə, qısa vaxt olduqda siz daha çox fikirlərinizi cəmləşdirə bilirsiniz.

 

Xülasə

Qısa müddətdə daha çox iş görmək sizin effektiyliyinizi artırır və bu sizə məmnuniyyət və xoşbəxtlik hissi verir.

Effektiv vaxt idarəedilməsi strategiyalarından istifadə edərək işinizi daha yaxşı və səmərəli yerinə yetirin və görüşlərinizi daha qısa və əhəmiyyətli edin.