az en
info@fworks.az
+994 12 447 74 78
+994 70 336 88 11

Məqalələr - Özünə nə qədər inamlısan?

Özünə nə qədər inamlısan?

Şəxsi effektivlik yaradaraq özünə inamı artır

Həyat üçün özünü enerjili hiss edirsən?

Nə qədər özünə inam hiss edirsən?  Tam olaraq özünə inanırsan yoxsa bu inamın daha çox olmasını istərdin?

İşlər çətinləşdiyi zaman insanlar  inandırıcı olaraq yeni şeylər test edərək yaxud hər şeyi öz idarələrində saxlayaraq özünə inamı nümayiş etdirirlər; özünə inamlı insanlar hər zaman həyatı istək və ehtirasla yaşayan biri kimi görünürlər.  Başqaları isə bu inamlı insanlara inanır və hörmət edir, necə ki, bu, onlarda özünə inamı daha artırır. Beləliklə,  dövrə davam edir.

Albert Bandura şəxsi effektivlik mövzusunda aparıcı tədqiqatçılardan biridir. Onun şəxsi effektivlik nəzəriyyəsi insanların bacarıqlarına dair inamları ilə tapşırıqları necə uğurla yerinə yetirmələri arasındakı münasibəti izah edir. Bandura deyir ki,  şəxsi effektivlik və inam tamamilə fərqli anlayışlardır.

Buna görə də şəxsi effektivlik və özünə inam sizin performansınıza, seçimlərinizdən nə dərəcə razı qalmağınıza təsir edir. Bu səbəbdən də sizin hazırkı şəxsi effektivlik səviyyənizi bilməniz xüsusilə də qarşınızda olan müxtəlif situasiyalarda hərəkət edərkən bacarığınıza olan inam önəmlidir. Belə edərək siz inkişaf etdirə biləcəyiniz sahələri aydınlaşdıra və plan qura bilərsiniz.

Özünə inamın yaradılması

Hazırda özünüzə inamınızın hansı səviyyədə olmasından asılı olmayaraq, siz onu inkişaf etdirə bilərsiniz. Lakin əvvəlcə özünüzə və bacarıqlarınıza inanmalısınız.

Banduranın şəxsi effektivlik  nəzəriyyəsi  öz bacarıqlarını görmək üsullarını inkişaf etdirməyə başlamaq üçün əla yerdir. Nəzəriyyəyə görə şəxsi effektivliyin 4 mənbəyi vardır:

1)      Ustalıq təcrübələri – keçmişdə nail olduğunuz şeylər

2)       Əvəzləyici təcrübələr- sizə bənzəyən uğurlu adamları görmək

3)      Sosial  inam- bacarıqlı olmağınızı başqalarından eşitmək

4)      Emosional vəziyyət- pozitiv olmaq və stresi idarə etmək

Nə qədər uğur qazanırsınızsa, gələcəkdə bir o qədər uğur qazanmağa meyilli olursunuz. Ustalıq təcrübəsi sizin uğurunuza səbəb olan gərgin əmək və cəhdlərinizdir.  Bunun üçün motivasiya, gərginlik və qərarlılıq üzərində işləyin.

Motivasiya və özünə inam bir-biri ilə əlaqəlidir. Sizdə biri varsa, digəri də olacaqdır.  Siz aşağıdakıları edərək motivasiyanızı artıra bilərsiniz:

- Müsbət düşünmək

- Effektiv məqsədlər inkişaf etdirmək

- Motivasiyaedici mühit yaratmaq

 

Ustalıq təcrübənizi inkişaf etdirməyə başlamaq üçün aşağıdakıları edin:

- Çətin, lakin öhdəsindən gələ biləcəyiniz tapşırıqlar istəyin.

- Bacarıq və qabiliyyətlərinizi müəyyən edin.  Şəxsi SWOT analiz həmişə faydalı üsuldur.

- Problem həll etmək və qərar qəbul etmək bacarıqlarınızı inkişaf etdirin.  Bu, etdiyiniz seçimlərlə bağlı olaraq sizdə inam hissi yaradacaqdır.

- Şəxsi və professional inkişafa nəzər yetirin

 

Digərlərini müşahidə etmək

Əgər siz özünüzü kiməsə bənzədirsinizsə, inan ki, siz də onun uğurlarını əldə edə bilərsiniz.

Bənzərliyə nə qədər çox inanırsınızsa, təsiri bir o qədər çox olur. Əgər müdirinizin eyni təhsil və iş tarixçəsi varsa,  bu sizin inamınızı inkişaf etdirə bilər. Əgər siz başqalarının çalışdığını vı uğur qazandığını görürsünüzsə,  bu, sizi motivasiya edir və inam hissi yaradır.

Əksi də doğru ola bilər. Əgər siz insanların, xüsusi ilə sizinlə oxşar bacarıqlara sahib olanların əmək sərf etdiyini, lakin uğursuzluğa düçar olduğunu görsəniz, bu , sizin inam hissinizə zədə vuracaqdır.

Aşağıdakı məsləhətlərə əməl etməyə çalışın:

- Əlaqə və özünüzü bacarıqlı və uğurlu insanlarla əhatə edin.

- Sizin tarixçənizə bənzər keçmişi olan məsləhətçi axtarın

- Ətrafınızda olan insanlardan öyrənin. Onların nədə uğurlu olmasına diqqət edin

- İnkişaf etmək potensialı olan şirkət yaxud sənayelərdə işləməyi seçin

 

Əsas məqamlar

Şəxsi effektivlik özünə inamın vacib hissəsidir. Bəzi insanlar təbiətən inamlı görünürlər, lakin çoxumuzun inamımızı inkişaf etdirməyə ehtiyacımız vardır – eləcə də bunu etməyə gücümüz olduğunu.

Uğurlu olduğunuz vaxtlardakı təcrübələrinizə fokuslanın. Bu, sizə səhv və uğursuzluqlarınızın müsbət tərəfini görmək qabiliyyəti verə bilər. Özünüzə inanmağı seçin və pozitiv və inamlı insanlarla əhatə olunun. Sizinlə bərabər bacarıqlara sahib insanların uğurlarını gördükcə, uğur qazanmağa inamınız daha da artacaqdır. Bu pozitiv enerjini  stress menecment strategiyası ilə birləşdirin və siz tezliklə özünə inam səviyyənizi inkişaf etdirəcəksiniz.