az en
info@fworks.az
+994 12 447 74 78
+994 70 336 88 11

TƏLİMLƏR - “MÜŞTƏRİ XİDMƏTLƏRİ” TƏLİMİ

FireWorks HRM-dən daha bir fürsət! Partnyor təlimçimiz Seymur Rəsulovun təqdimatında növbəti özəl təlim, bu dəfə “Müştəri Xidmətləri” mövzusunda!

Tarix: 04-05 Dekabr 2017-ci il

Təlimin vaxtı: 2 yarım gün (09:00-13:00)

Təlim Gündəliyi:

1-ci gün

- Açılış/Təqdimat

- Müştəri Xidmətləri Nədir və Nə Üçündür?

- Oyun: Pis Müştəri xidməti (İştirakçılar oyuna baxacaq və pis müştəri xidmətinə səbəb ola biləcək nüansları müəyyən edərək qeydlər aparacaq)

- Müştəri xidmətinin əsasları

- Oyun: Yaxşı Müştəri Xidməti (iştirakçılar qısa bir səhnəcik izləyəcək, nəyin yaxşılaşdığı və  təkmilləşdiyi barədə müzakirə aparacaq)

2-ci gün

- Oyun: Qəzəbli Müştəri (Qəzəbli müştərilərə necə münasibət göstərməli: iştirakçılar müşahidə və analiz edəcəklər)

- Çətin vəziyyətləri  müsbət fürsətlərə çevirməyin yolları

- Oyun: Müştəri xidmətinə hazırlıq (İştirakçılar müştəri ilə görüşə necə hazırlanmalı olduğunu öyrənəcək və oyun oynayacaq)

- Müştəri xidmətində şəxsiyyət növlərinin rolu (Ekstrovert İntrovertə qarşı)

- Səhnəcik: İstifadədə Praktiki Metodların Müşahidəsi və Analizi

- Müştəri  xidmətini mükəmməl edən nədir?

- Qüsursuz müştəri xidməti necə olmalıdır?

- Ünsiyyət və bağlanış

 

Təlimin qiyməti: 250 AZN + ƏDV (hər iştirakçı üçün)

 

Təlimçi haqqında:

 SEYMUR RƏSULOV

 “Firevvorks” şirkətinin partnyor təlimçisi Seymur Rəsulov EBSCO Inc. şirkətinin Yaxın Sərq, Şimali Afrika, Mərkəzi Asiya, Türkiyə və Izrail üzrə regional satış meneceridir.

EBSCO illik 2.2 milyard dollarlıq dövriyyə ilə Amerikanın ən yüksək 200 özəl şirkətindən biridir. Illik büdcəsi 6.4 milyon dollar olan Seymur 26 ölkədə 400-dən çox müştəri ilə işləyir. Magistr dərəcəsini “Amerikada University of Illinois”-de Informasiya Texnologiyaları üzrə alan Seymur 1-i Almaniya, 1-də Dubayda olmaqla 2 dəfə TEDx çıxışçısı olub. Şatış forumunda spiker olan Seymur əsasən satış sahəsində yeni konsepti ilə çıxış edir. Hər bir potensial müştərinin alıcıya çevrilməsi üçün lazım olan bacarıqların tətbiqi və təlimi ilə məşğul olur.

 

Təlimdə iştirak etmək üçün aşağıdakı qeydiyyat formasını doldurub elnara.jafarli@fworks.az email ünvanına göndərməyiniz xahiş olunur. 

Qeydiyyat forması

Son qeydiyyat tarixi: 02 Dekabr 2017-ci il