az en
info@fworks.az
+994 12 447 74 78
+994 70 336 88 11

HOT VACANCIES - Menecment İnformasiya Sistemi mütəxəssisi

Vakansiyanın elan tarixi: 28 Sentyabr 2017

Məkan: Bakı, Azərbaycan

 

Müştərinin fəaliyyəsektoru 

DəmirBank

 

Əsas vəzifə öhdəlikləri və iş barədə məlumat:

- Bankdaxili hesabatların hazırlanması və hesabatlara dair daxil olan sorğuların cavablandırılması;

- Mərkəzi Banka, Maliyyə Bazarlarına Nəzarət Palatası, Vergi orqanları, Statistika Komitəsinə, Əmanətlərin Sığortalanması Fonduna və digər nəzarət orqanlarına hesabatlıqların periodik hazırlanması və göndərilməsi;

- İdarə Heyəti və struktur bölmələrin istədiyi xüsusi hesabatlar və ya məlumatların hazırlanması və təqdim olunması;

- Bankın maliyyə göstəricilərinin təhlil olunması və müvafiq prezentasiyaların hazırlanması.

 

Namizədə tələblər:

- Ali iqtisadi/maliyyə təhsili (Xaricdə təhsil alanlara və ya yüksək qəbul balı olan namizədlərə üstünlük verilir);

- Microsoft Excel, PowerPivot, PowerPoint, Access, Oracle BI, SQL proqlamlarına dair biliklər;

- İri həcmli məlumatların təqdimatı, yığımı, təhlil və işləməsinin formalaşmasında təcrübəyə sahib olmalı;

- Analitik və yaradıcı düşüncəyə malik olmalı;

- Stres altında işləməyi bacarmalı;

- Tabeçilik münasibətlərində işləmək bacarığına sahib olmalı;

- Dəqiqlik və qətiyyətlilik kimi müsbət göstəricilərə malik olmalı;

- Ünsiyyət yaratmaq və güclü inandırma bacarığına sahib olmalı;

- Problemləri vaxtında müəyyən etməli və onlardan effektiv çıxış yollarının tapmaq bacarığına malik olmalı;

- İşdə təşəbbüskar və yenilikçi yanaşma kimi göstəricilərə sahib olmalı;

- Daimi özünü inkişaf və təkmilləşdirmə istəyinə sahib olmalı;

- Rəsmi-işgüzar üslubda, Azərbaycan və İngilis dillərində yazışmalar həyata keçirmək bacarığına malik olmalı.

 

Müraciət üçün:

Zəhmət olmasa, başlığı altında “Menecment İnformasiya Sistemi mütəxəssisi” yazıb, CV- nizi  hr@demirbank.az ünvanına göndərin.