az en
info@fworks.az
+994 12 447 74 78
+994 70 336 88 11

Məqalələr - Evdə işləmək heç də asan deyil

İngilis yazıçısı Cerom K.Cerom dəqiq demişdir: “Mən işimi sevirəm, o sadəcə məni məftun edir. Mən ona nəzarət edə və saatlarla məşğul ola bilirəm.” Yəqin ki, evdə işləyənlərin əksəriyyəti bu problemlə üzləşir. Təşkilatlar virtual əməkdaşlar haqqında nə düşünür? Onlar məhsuldardırmı? Ailəni və işi necə birləşdirmək məsələsi də aydın deyildir. Təbii ki, uşaqlarla daha çox vaxt keçirtmək və onların necə böyüməsini görmək yaxşıdır, lakin bəzi kiçik yaşlı uşaqlar fəaliyyətə müdaxilə edə bilər.

 Online (tele) fəaliyyətin faydaları

Bəzi işəgötürənlər əməkdaşları uzaqlaşdırmaq istəmir, çünki onlar əməkdaşların kolleqalarından və təşkilatdan yayına biləcəyinə inanır. Viskonsin Universiteti bu qorxunu qəbul etmir. Onların apardığı araşdırmaya görə, təşkilatla əməkdaş arasındakı fiziki boşluq onların təşkilati mədəniyyət, yaxud sosial şəraitdən təcrid olunması demək deyildir. Əksinə, məsafədən nəzarət Sizə daha səmərəli işləmək və ənənəvi biznes anlaşılmazlığından çəkinmək imkanı verir.Kolleqalarla səs-küylü və daimi ünsiyyət, digər məcburi fasilələr stressə səbəb olur. Hamının qəbul etdiyi ümumi fikirdən fərqli olaraq kolleqalarla daimi kontakt heç də təşkilata aid olma hissini gücləndirmir.Araşdırmalar onu da göstərir ki, bəzi əməkdaşlar evdə işlədikdə daha məhsuldar olur, çünki həm işin keyfiyyəti yüksəkdir, həm də həyat və işlərindən daha məmnundurlar. Bundan əlavə, eyni araşdırmalara görə, məs, “Kenexa”nın məsafədən işləmək imkanı verilmiş əməkdaşları iş yerləri ilə qürur duyur və, bir qayda olaraq, liderlərinin açıq və vicdanlı olduğuna inanırlar. Əməkdaşlara məsafədən işləmək imkanı yaradan şirkət bununla insanlara etibarını nümayiş etdirir. Təbii ki, bu əməkdaşlar və onların təşkilatları sadiq dəstəkçilərdirlər. Təşkilatın əldə etdiyi səmərəni və işçilərin evdə işlədikdə xoşbəxt olub-olmadığını müəyyən etmək üçün telefəaliyyət mövzusunda araşdırmalar davam edir.

“Evdə iş”in çətinlikləri

Evdə işləmək çoxlu “didişmə” tələb edir, məs, su çanağında yuyulmalı qab-qacaq, “Ana, mən eləcə səninlə olmaq istəyirəm” sözləri. Amerikanın Wakefield Research tədqiqat şirkətinə görə məsafədən işləyənlərin vaxtının: • 43%-i TV-yə baxmağa; • 35%-i ev işlərinə; • 28%-i tort bişirməyə sərf olunur. Bir tərəfdən, kənar fəaliyyət üçün həyata keçirilən iş əməkdaşın bütün iş yükünü səmərəli idarə etdiyini və qalan müddəti başqa məkanda sərf etdiyini göstərə bilər.Digər tərəfdən isə, əgər onlar fəaliyyətlərini ev, yaxud əyləncə ilə rəngarəng edirlərsə, evdə işləyən şəxslər işdən yayınmaların öhdəsindən gəlməlidir. Bu halda özündən intizam mühümdür, daima gücləndirilməli və akkumulyasiya üçün özünə rəmzi mükafat kimi qəbul edilməlidir. Bəziləri üçün bu çox asandır, digərləri isə güclü iradəyə malik olmaq və ozünə nəzarəti gücləndirmək üçün çox səy göstərməli və təlimlər keçməli olurlar.

Komandanın bir parçası olduqda digərlərinin arxasında gizlənmək mümkündür və səhvə yol verməmək ehtimalı da yüksəkdir. Amma məsafədən işlədikdə nəticələrə görə tam məsuliyyəti özünüz daşıyırsınız və səhv etmək hüququnuz yoxdur. Beləliklə, uğur qazanmaq istəyən virtual əməkdaş özünü motivə etmək, diqqət cəlb etmək, çevik və yaradıcı olmağı bacarmalıdır. Psixoloq Daniel Fişer deyir: “Ən peşəkar virtual fəaliyyətin ən ümdə xüsusiyyətlərindən biri onun özünəinamı artırmağa kömək etməsidir. Evdə işləyərkən özünü daha rahat hiss etmək üçün daima inkişaf etmək və səriştəni artırmaq lazımdır.”

İş saatları bitdikdə Siz ofisi tərk edirsiniz və heç kəs öz işini unutmur. Lakin evdə işləyənlər bu imtiyazlardan məhrumdur, çünki onların iş yeri özəl yaşayış sahəsi və, çox vaxt, mobil telefon zəngləri ilə çulğalaşır. Bu iş və qalan mühit bəzən əməkdaşların gücünün tükənməsi ilə nəticələnir, ona görə də eyni qrafikə riayət etmək və, mümkün olduqda, iş üçün otaq ayırmaq lazımdır.