az en
info@fworks.az
+994 12 447 74 78
+994 70 336 88 11

Məqalələr - Komandanın idarəedilməsi

İşimizdə biz adətən yaxşı idarəçiliyə az , liderliyin dəbli və həyəcanlı tərəflərinə daha çox fokuslanmış kimi görünürük.

Ən çox menecerlər onda əsas məsuliyyət daşıyır ki, işlər lazımı səviyyədə aparılsın. Amma liderlərin uzaqgörənliyi, ruh yüksəkliyi ilə bizə çatdıra bilərlər ki, belə şeylər yaxşı idarəetmə nəticəsində səmərəli şəkildə həyata keçir.

Peşəkar menecer olmaq üçün siz yaxşı rabitə qurmağı və düzgün motivasiya etməyi bacarmalısınız. Çünki biliyiniz o qədər geniş olmalıdır ki, siz artıq rahat idarəetmə sahələrini necə qurmaq bacarığını əldə edəsiniz. Amma uzunmüddətli uğur üçün siz ilk öncə idarəetmənin bütün sahələrini təhlil edib və sonra isə öz üzərinizdə çalışmalısınız.

Yaxşı idarəetmə – mükəmməl fəaliyyət və anlaşma deməkdir. Bildiyiniz kimi komandalar adətən müəyyən bir inkişaf modeli izləyir: komanda kimi müəyyən edilmək, komandanın normaya uyğun fəaliyyəti, bir- biri ilə dil tapması və əsl komandanın formalaşması . Bu proses zamanı insanları təşviq etmək və dəstəkləmək vacibdir, çünki bu həm sizə, həm də sizin komandanıza mümkün qədər tez kömək edə bilər.

Komanda formalaşması zaman menecerlər balans yaratmalıdır ki, bacarıqları, rəngarəng  şəxsiyyətləri və perspektivləri üzə çıxsın. Elə bilirsiniz asan başa gələ bilən bir qrup daha keyfiyyətli olur? Bu səhv fikirdir, həqiqətən effektiv komanda yığmaq istəyirsinizsə, yaradıcı və yenilikçi olmaq istəyirsinizsə, fikir ayrılıqlarından istifadə edin.

Düzgün bacarıqlara malik olan insanlar komandanın uğur əldə etməsi üçün kifayət deyil. Menecerlər də işi səmərəli qurmağı bilməlidirlər. Bəzi menecerlər öz mövqelərinə texniki bilikləri əsasında çatıblarsa, iş zamanı da hər şəyi çox zaman öz boynlarına götürürlər. Bu da onların işə tam məsuliyyətli yanaşmalarından gəlir, məhz elə bu səbəbdən başqalarına tam əmin olmağı bacarmırlar.

Effektiv menecerlər etiraf edir ki, işin düzgün adamlara verilməsi( o şəxslər ki həmin vaxtda uyğun olurlar)  və gözləntilərə açıq şəkildə cavab verirsə, komanda daha çox işin öhdəsindən gələ bilər. Amma əsasən bu kimi işi başqalarına etimad etmək çətindir. Menecer kimi yadda saxlayın ki, əgər sizin komanda üzvlərinizin düzgün bacarıqları, təlim və motivasiyası varsa, siz artıq onlara rahat etibar edə bilərsiniz.

Digər  zəruri idarəetmə bacarığı digər insanları motivasiya etməkdir. Özünü motivasiya etmək bir şeydir, başqalarını motivasiya etmək isə tamam başqa şeydir. Əsas xatırlanmalı olan odur ki, motivasiya şəxsidir. Biz hamımız müxtəlif şeylər tərəfindən motivasiya olunuruq və hamımızın şəxsi motivasiyasının müxtəlif növləri var. Belə ki, komandanızdakı şəxsi motivasiyaya sahib şəxslər sizə insanları daha yaxşı idarəetməyə imkan verir.  Müntəzəm olaraq rəylə təmin etmək komanda üzvlərinizdən individual olaraq  xəbərdar olmaq üçün ən güclü strategiyadır.

Bir çox menecerlər planlaşdırma,  problemlərin həlli və qərarvermədə rahatdır, nəzərə alaraq ki, onlar bu bacarıqlarına görə vəzifədə yüksəlirlər. Ən vacib məsələ odur ki, menecerlər bu bacarıqların inkişafına daha çox diqqətlərini cəmləyirlər, şəxsi inkişafa gəldikdə isə insanlarla ünsiyyətdə  və komanda idarəetməsi bacarıqların inkişafında uğursuz olurlar.