az en
info@fworks.az
+994 12 447 74 78
+994 70 336 88 11

Articles - Karyera Strategiyasının Hazırlanması

İdeal Karyeranızı Yaradın

“Dünya ilə ayaqlaşa bilən insanlar o insanlardır ki, onlar oyanırlar və arzuladıqları mühiti axtarırlar və əgər onu tapa bilməsələr, özləri yaradırlar.” (Bernard Şou, Şotland yazıçısı).

Mit Cek – bir neçə ildir ki, öz şirkəti olan istedadlı mütəxəssisdir. Öz işində yaxşı olmasına baxmayaraq, o heç vaxt öz karyerası ilə nəyə nail olmaq istədiyi barədə çox da fikirləşməyib.

O, xəyallarını müəyyənləşdirməyə və ya onları gerçəkləşdirmək üçün strategiya hazırlamağa vaxt ayırmadıqca tez-tez vacib şanslarını qaçırırdı.

Əgər o bu üstünlüklərdən faydalansa idi, illər ərzində bir neçə dəfə vəzifəsi qaldırılmış olardı.

Cek hələ də ilk dəfə işə götürüldüyü vəzifədədir. Hardasa o, bununla xoşbəxtdir, lakin dərinlikdə o bilir ki, daha çox şeyə nail ola bilərdi.

Bu sizin sahib olmaq istədiyiniz karyeradırmı?

Çox güman ki, siz əyləncəli, çətin və vacib bir işdə işləyirsiniz, eyni zamanda bu sizi özünüzün tam potensialınızdan istifadə etməyə təhrik edəcək. Yaxşı xəbər odur ki, hazırki vəzifənizdə sizin üçün çoxlu şans ola bilər. Ehtiyacınız olan şey onları müəyyənləşdirmək və getmək istədiyiniz yerə çatmaq üçün strategiya hazırlamaqdır.

Bu məqalədə biz karyeranızda öz potensialınızdan maksimum yararlanmaq haqqında düşünərkən istifadə edə biləcəyimiz ümumi yanaşmanı təsvir edəcəyik.

Sizin Güclü, Zəif tərəfləriniz, Motivasiya Mənbələriniz və Dəyərləriniz

Karyera strategiyası qurmaq bina tikmək kimidir. Siz möhkəm bünövrə tökməklə başlamalısınız və yavaş-yavaş zirvəyə doğru öz yolunuzu yaratmalısınız. Bir şey etməzdən əvvəl sizin güclü və zəif tərəflərinizi analiz etməyə, eləcə də öz dəyərlərinizi və motivasiya edənlərinizi müəyyənləşdirməyə ehtiyacınız var.

Beləliklə, öz güclü və zəif tərəflərinizə baxmaqla başlayın. Hazırda olduğunuz mövqedə nəyi ən yaxşı bacarırsınız?  Hansı bacarıqlar sizə əvvəlki vəzifənizdə uğur qazanmağa kömək edib? Və əksinə, zəif cəhətləriniz hansılardır və ya hansı tapşırıqlar sizin üçün çox çətindir?

Yadınızda saxlayın güclü və zəif tərəflər hər zaman aydın olmur. Məsələn: Siz qrupda harmoniya yaratmaqda, başqalarını öz tərəfinizə çəkməkdə, insanları yeni məqsədlərə inandırmaqda uğurlu ola bilərsiniz. Bunlar güclü tərəflərdir!

Müqayisəli Üstünlüklərinizi Bilin

Tutaq ki sizin güclü tərəfləriniz və motivatorlarınız haqqında yaxşı ideyanız var, sizin müqayisəli üstünlüklərinizi müəyyən etməyə ehtiyacınız var. Bu sizin ətrafınızda olan insanlardan daha yaxşı bacardığınız şeydir. Sizin güclü tərəfiniz, bacarıqlar toplunuz və keyfiyyət təkliyiniz şirkətinizə əlavə dəyər qatacaq. Öz müqayisəli üstünlüyünüzü bilmək vacibdir, çünki bu bacarıqlardan istifadə sizə karyeranızda uğur qazanmağa kömək edəcək.

Yadınızda saxlayın, sizin müqayisəli üstünlüyünüz ən yaxşı bacardığınız şey yox, digərlərindən yaxşı bacardığınız şeylərdir və şirkətə lazım olan şeylərdir.  Əgər siz öz müqayisəli üstünlüyünüzü kəşf etmək istəyirsinizsə həyata keçirdiyiniz əvvəlki işlər haqqında düşünün. Müdiriniz sizi davamlı olaraq xüsusi bacarıqlarınıza,uğurlarınıza görə tərifləyibmi? Əgər belədirsə, bu sizə müqayisəli üstünlüyünüzü tapmaqda kömək ola bilər. Siz həmçinin birinci mərhələdə müəyyən etdiyiniz güclü tərəflərinizə yenidən baxa və hətta tərəfdaşlarınızdan, müştərilərdən və dostlarınızdan bu haqda soruşa bilərsiniz.

Şəbəkə

Peşəkar əlaqələr karyera strategiyası yaratmağın vacib aspektlərindən biridir. Insanlar yalnız sizin haqqınızda bildikləri təqdirdə sizə kömək edə bilərlər,hansı ki sizin də sizə kömək edəcək insanları tanımağa ehtiyacınız var. Yadınızda saxlayın: siz müxtəlif departamentlərdəki yoldaşlarınızla, təchizatçılarla, eləcə də digər şirkətlərdəki və ya sənayelərdəki peşəkarlarla əlaqələr yarada bilərsiniz. Siz həmçinin twitter və linkedindən istifadə edərək də əlaqələr yarada bilərsiniz. Beləliklə, əlaqə yaratmaq üçün öz imkanlarınızdan faydalanmağa ehtiyac var, və yadda saxlayın ki əlaqələr iki yolla gedir. Əgər başqalarına kömək etməyə çalışsanız, ən böyük qazanc əldə edəcəksiniz.