az en
info@fworks.az
+994 12 447 74 78
+994 70 336 88 11

MÜSAHİBƏDƏN SONRA TƏQİB

 

Müsahibə ilə bağlı əsas rəy – Sizə Müsahibə uzmanı olmaq imkanı verir

İş axtaranlar çox vaxt hətta vəzifə müsahibəsi zamanı belə fəaliyyətlərini qiymətləndirmək haqqında fikirləşmirlər. Prosesin bu əsas hissəsini həyata keçirməsəniz, Siz müxtəlif müsahibələrdə iştirak etdiyinizə rəğmən işə qəbul edilməyəcəksiniz. Daha mühüm olanı isə budur ki, bunun səbəbini belə bilməyəcəksiniz.

Bu səbəbdən və psixoloji rahatlığınız üçün özünüzə qarşı mehriban olun və müsahibə izləməsi baş verməzdən əvvəl müsahibə zamanı davranışınıza ədalətli nəzər yetirməklə rəqabət qabiliyyətinizi qiymətləndirin. Düşünün ki, harada səhv etdiniz, yaxud hansı sahələrdə cavablara daha yaxşı hazırlaşa bilərdiniz. Bu Sizə müsahibə zamanı əslində özünüzü necə aparmaq lazım olduğunu və reallıqda necə davrandığınızı təsəvvür etməyə kömək edəcək, bununla da Siz müsahibə bacarıqlarınıza düzən verəcək və ən mühüm olanı isə daha unamlı və daha çox müasahibə uzmanı ola biləcəksiniz.

Müsahibə davranışınızı necə təhlil edə bilərsiniz?

  1. Psixoloji baxımdan müsahibəyə hazır idinizmi?
  2. Müsahibəyə yaxşı təqdim olundunuzmu?
  3. Müsahibəyə vaxtında gəldinizmi?
  4. Müsahibə üçün sual cavablar hazırladınızmı, vəzifə və şirkət haqqında araşdırma apardınızmı?
  5. Sizin təbirinizcə, müsahibənin necə keçdiyini obyektiv təhlil etdinizmi?
  6. Müsahibə zamanı sualların öhdəsindən necə gəldiniz, suallara düzgün, inamla və axıcı cavab verdinizmi?
  7. Müsbət bədən dilindən istifadə etdinizmi?
  8. Müsahibə aparan şəxslə göz kontaktından oldunuzmu?
  9. Müsahibə zamanı həmişə sual vermək imkanı olur, beləliklə, müvafiq suallar vermək üçün coşqu göstərdinizmi?
  10. Müsahibə götürən şəxsin biznes kartını aldınızmı?
  11. Onların seçim prosesi və zaman çərçivələrini başa düşdüyünüzə əmin olun.
  12. Səmimi və obyektiv danışsaq, müsahibə fəaliyyətindən sonra bundan istifadə edərdinizmi? Etməzsinizsə, Sizin müsbət olmağınıza və növbəti müsahibəyə daha yaxşı hazırlaşmağınıza ehtiyac vardır. Heç kim uğursuzluğu planlaşdırmır, yalnız planlaşdıra bilməyənlər uğursuzluğa düçar olur!

 

İzləməkdən qorxursunuz? Yoxsa rədd ediləcəyinizdən qorxursunuz?

  • Müsahibə edildiyiniz gün izləmə və təşəkkür etmək məqsədilə nəzakətli e-poçt göndərmək yaxşı təcrübə hesab edilir. Siz müsahibə olunduğunuz vəzifə ilə bağlı coşqunuzu təkrar edə, habelə qısa şəkildə bacarıqlarınızı sadalaya bilərsiniz. Müsahibə zamanı müsahibə götürən şəxsin biznes kartını əldə etməklə Siz cəld şəkildə izləmə həyata keçirməyinizi və onların əlaqə məlumatlarını düzgün əldə etməyinizi təmin etmiş olacaqsınız. Təsiri itirəcəyinizə görə bunu bir gün ərzində həyata keçirin.
  • Hərf səhvlərinə heç bir halda yol verməyin, Kaş biləydiniz ki, adi hərf səhvinə görə neçə iş axtaran özünü bundan məhrum edib, çünki bu çox gülünc və qeyri-peşəkar görünür – məktubu göndərməzdən qabaq onu dəfələrlə yoxlayın!
  • Kaş biləydiniz ki, sadəcə rədd edilmə qorxusuna görə neçə insan izləmə prosesini heç həyata keçirtmir! Onların işə qəbul prosesini aydın başa düşün, müsahibə zamanı davranışınıza əmin olun və işə qəbul edənlərin zaman çərçivələrini başa düşün, belə olan halda işin gedişatı ilə bağlı izləməni həyata keçirməyinizdə heç bir problem yaşamayacaqsınız.
  • Unutmayın ki, bəzən proses Sizin istədiyiniz kimi sürətli getmir. İşə qəbul edənizi çox saylı məktub və zənglərlə təngə gətirməyin. Səbrli və peşəkar olmaq lazımdır.

 

Həmişə müvafiq rəy bildirən şəxslərə müraciət edin. Unutmayın ki, müsahibə götürən şəxs rəy almaq məqsədilə bəlkə də artıq onlarla danışmışdır. Ona görə də, Sizin haqqınızda rəy bildirəcək şəxsə onunla əlaqə yaradılma ehtimalı olduğunu xəbər verin. Bu onlara hazır olmaq və cəld şəkildə müvafiq cavab vermək imkan verir.

İş axtarmağa nə zaman son verim?

  • Davam et
  • Özünü ruhlandır
  • Özünə dəyər ver
  • Səbrli ol
  • Bu heç də həmişə birinci dəfədən alınmır
  • Hazırlıqlı ol
  • Ev işini yerinə yetir
  • Hər şeyi açıqlamağa tələsmə – imkanlarını açıq saxla!
  • Bunun ardınca get!