az en
info@fworks.az
+994 12 447 74 78
+994 70 336 88 11

CV-ni NECƏ YAZMAQ

4 ən məşhur CV formatı

 

1. Xronoloji CV

Akademik təhsil, peşəkar keyfiyyətlər və təcrübə əks xronoji ardıcıllıqla verilir, bu zaman hazırki, yaxud son iş yerindən başlanılır, sonra əvvəlkilər, sonunda isə təhsil qeyd olunur:

Bu formatın çatışmazlıqları: o, qeyri-dövrləri (aylar, illər) və/yaxud iş yerinin tez-tez dəyişilməsini göstərir. Çox vaxt bu, namizədi boşluqları vəzifəyə müvafiq olmayan məlumatlarla doldurmağa məcbur edir.

Bununla belə o, Sizin işdəki irəliləyişinizi vurğulayır: irəli çəkilmə və məsuliyyətlərin artırılması göstərilir, işində çox effektiv və rolundan məmnun olmasına baxmayaraq şəxsin vəzifəsinin aşağı salınması, yaxud daha çox məsuliyyət götürməsi çatışmayan cəhətdir.

Xronoloji CV-dən nə vaxt istifadə etmək olar:

  • Yalnız yaxşı peşəkar təcrübəyə maliksinizsə.
  • Uzun müddət işsiz qalmamısınızsa.
  • Tez-tez iş dəyişməmişsinizsə.
  • Eyni sektorda iş axtarırsınızsa.

 

Üstünlükləri:

  • Format ənənənvidir və əksər seçim departamentləri tərəfindən qəbul olunur.
  • Oxumaq və başa düşmək asandır.
  • İşinizin sabitliyini göstərir.
  • Məsuliyyətlərinizin artımını və/yaxud irəli çəkmələri əks etdirir.
  • Vəzifələrinizi və işlədiyiniz şirkətləri vurğulayır.
  • Rol və nailiyyətlərinizi təsvir edir.

 

2. Funksional CV

Funksional CV-də xronoloji CV-nin çatışmazlıqları yoxdur və bacarıq və nailiyyətlərinizin aydın nümayiş etdirilməsinə kömək edir. İş təcrübənizdəki tarixlər davamlı deyildir, istənilən işsizlik müddətlərini, yaxud irəli çəkilmədən dalbadal oxşar vəzifələri ört-basdır etməyə kömək edir. Peşəkar karyeranı qabartmaq, yaxud şirkətin növünün və/yaxud təhsilin deyil, bacarıqların, potensialın və iş növünün müvafiq olduğu şirkət növündə tamamilə fərqli fəaliyyətə daxil olmaq istədikdə funksional CV növündən istifadə olunur, bununla da ötürülə bilən bacarıqlara malik olduğunu nümayiş etdirirsiniz.

Funksional CV-dən aşağıdakı hallarda istifadə edə bilərsiniz:

  •  İş təcrübəniz boyunca bacarıqlarınızı vurğulamaq istəyirsinizsə.
  • Qeyri-fəal müddətdən sonra iş bazarına qayıtmaq istəyirsinizsə.
  • Hər iş arasında çox işsizlik dövrü vardırsa.
  • İş yerinizi tez-tez dəyişmisinizsə.
  • Tamamilə fərqli sektorda iş axtarırsınızsa.
  • Yaşınızın maneə olduğunu düşünürsünüzsə.
  • Müstəqil, yaxud öz şirkətinizdə çalışmısınızsa.
  • Universiteti yenicə bitirib və ona görə də təcrübəsizsinizsə.

 

Üstünlükləri:

  • Potünsialıınzı və güclü tərəflərinizi göstərir.
  • Əldə etməyə çalışdığınız vəzifəyə daha müvafiq olan bacarıq və biliklərinizi əks etdirmək imkanı verir.
  • Eyni vəzifələrdə rolların təklarını aradan qaldırır.
  • Yeni texnologiyalar, İnternet, telekommunikasiya, media, reklamda… faydalıdır.

 

3. Kombinə edilmiş CV

Kombinə edilmiş CV formatında əvvəlki formatlar birləşdirilir (xronoloji və funksional CV). Funksional CV formatı ilə başlayır və xronoloji CV formatı ilə tamamlanır. Kombinə edilmiş CV formatını yazmaq daha çətin və mürəkkəb olsa da o, namizədlərin müraciət etdikləri yeni vəzifə ilə bağlı təcrübə və bacarıqları vurğulamaq, habelə onların təcrübə və təlimlərini dinamik formatda əks etdimərk üstünlüyünə malikdir.

Üstünlükləri:

  • O, Sizin nə etmək istədiyinizi bldiyinizi və arzu olunan işi yerinə yetirmək üçün zəruri bacarıqlara malik olduğunuzu aydın göstərir.
  • Oraya Sizin məqsədlərə və nailiyyətlərə yönəli olduğunuzu göstərən bölmə daxildir
  • O, bacarıqların əks etdirilməsində daha çox çeviklik və yaradıcılıq imkanı yaradır.
  • O, CV, yaxud rezümenizi verilənlər bazasında, yaxud karyera portallarında qoymaqla əldə edə bilməyəcəyiniz bu və ya digər vəzifəni əldə etməyə kömək edir

 

4. Şəxsi məlumatlardan ibarət CV

Ad, doğum tarixi, ünvan və telefon (ev və/yaxud mobil) və olduğu təqdirdə e-poçt daxil edilməli mühüm informasiya hesab olunur.

Mülki status, uşaqlar, yaş, irq, dini inancların bu növ CV-də göstərilməsi vacib deyildir, lakin ilkin araşdıırma mərhələsində Sizdən bu informasiya tələb oluna bilər.

ID, yaxud pasport məlumatlarını mütləq şəkildə əlavə etməyə ehtiyac yoxdur, bununla belə elə şirkətlər vardır ki, onların kompüterləşdirilmiş verilənlər bazası bu informasiyanı tələb edir və göndərməzdən qabaq bunu yoxlamaq yaxşı olardı. Xüsusilə xaricdə iş üçün müraciət edirsinizsə, bir çox hallarda, məs, pasportunuzun müddəti, yaxud həmin ölkədə işləmək hüququna malik olub-olmadığınız haqqında məlumat müvafiq ola bilər. Əgər,məs, imtina sertifikatınız yaxud transfer edilə bilən vizalarınız yoxdursa, bu informasiyanı, eynilə bunun kimi, işləmək üçün müraciət etdiyiniz ölkə üçün sürücülük vəsiqəsini də daxil etmək müvafiqdir.

 

1. The Personal Data Resumes Azerbaycan

The world is constantly changing, and everybody is looking for new ways of doing business.

If you have decided that your current skills are good enough, you have also decided that your current job is good enough. But if you want a career in the future, you should add regular updates to your skills and knowledge.Ardını oxu

1