az en
info@fworks.az
+994 12 447 74 78
+994 70 336 88 11

TƏLİMLƏR - “Karyera İnkişafı” adlı təlim

“FireWorks HRM şirkəti 22 may 2015-ci il tarixində, Laura Həmidovanın təqdimatında “Karyera İnkişafı” adlı təlim keçirmişdir.

Təlimin məqsədi iştirakçılara öz karyera istiqamətində önəmli dəyişikliklər etməsinə istiqamətləndirməkdən ibarət idi.

Təlim təqdim edilən mövzuları əhatə etmişdir: İxtisara salınmanı necə dəf etmək?; CV yazmaq qaydası və motivasiya məktubunun hazırlanması; İş müsahibələri zamanı özünə inamlı olmaq və necə düzgün təəssürat bağışlamaq; Əmək haqqı danışıqları və s.

Təlim hər zamankı kimi qrup müzakirələri və çalışmaları, interaktiv oyunlar, özünü-qiymətləndirmə alətləri ilə zəngin olmaqla bərabər, təlimdən sonra təkbətək konsultasiya xidməti də təqdim etmişdir.

“Karyera inkişafı” təliminin iştirakçıları “ASCO World”; “Shahdag Resort & Spa” kimi şirkətlərin və eləcə də, digər özəl sektorun nümayəndələri idi.

Təlimlə bağlı ümumi rəy çox müsbət idi.”

 

IMG-20150525-WA0011 IMG-20150525-WA0005 IMG-20150525-WA0007 IMG-20150525-WA0001