az en
info@fworks.az
+994 12 447 74 78
+994 70 336 88 11

Məqalələr - İşlə həyat arasında balans mümkündürmü?

İşlə həyat arasında balans mümkündürmü?

Dünyanın hər yerində çoxlarının İşlə Həyat arasında Balans axtarışında olmasına baxmayaraq, çox az adam bu konsepsiyanın məqbul tərifini tapmışdır. Gündəlik dəyərləriniz və balansınıza bu gündən başlayaraq müsbət təsir göstərəcək təsdiqini tapmış tərifə fikir verək.

İlk öncə gəlin müəyyən edək ki, işlə həyat arasındakı balansa daxil olmayan amillər hansılardır.

İşlə həyat arasındakı balans bərabər balans demək deyildir. Müxtəlif iş və şəxsi fəaliyyətlərinizin hər birinə bərabər sayda saat ayırmağa çalışmaq bir qayda olaraq lazımsız və qeyri-real bir işdir. Həyat bundan daha axıcıdır və olmalıdır da.
Fərdi işlə həyat arasındakı ən yaxşı balansınız zaman keçdikcə çox vaxt gündəlik əsasda fərqlənəcəkdir. Bu gün Sizin üçün düzgün olan balans sabah, güman ki, fərqli olacaqdır. Subay olarkən düzgün hesab etdiyiniz balans evli ikən, yaxud uşaqlarınız olduqda; yeni karyeraya başlayan zamankı balans pensiya yaşına yaxınlaşdıqca fərqli olacaqdır.

Uğrunda mübarizə apara biləcəyiniz kamil, bütün vəziyyətlərə uyğun balans yoxdur. Hər birimiz üçün ən yaxşı iş – həyat balansı fərqlidir, çünki hamımızın prioritetləri və həyatı fərqlidir.

Bununla belə, effektiv işlə həyat arasındakı balans tərifinin məğzində hər birimiz üçün müvafiq olan iki əsas gündəlik konsepsiya dayanır. Bunlar gündəlik Nailiyyət Zövqalmadır – bu ideyalar sadə olduğu qədər də aldadıcıdır.

Hər iki konsepsiyanın daha tam mənasının tətbiqi bizi işlə həyat arasında müsbət balansın müəyyən edilməsinə aparır.  Naliyyət və Zövqalma köklü suala cavab verir: “Niyə? Niyə gəlirinizin daha yaxşı olmasını istəyirsiniz … yeni ev … övladlarınızın institut bitirməsini … bu gün işinizi yaxşı görməyi…işə gəlmək istəyirsiniz?”

Çoxumuz artlq Nailiyyət məfhumunun mənasını yaxşı anlayırıq. Amma gəlin Zövqalma konsepsiyasını bir az araşdıraq. İşlə həyat arasındakı balansın müvafiq tərifinin bir hissəsi kimi zövqalma sadəcə “Super” xoşbəxtlik demək deyildir. O, Qürur, Məmnunluq, Xoşbəxtlik, Bayrametmə, Sevgi, Rifah Hissi …Sevincin özü deməkdir.

Nailiyyət və Zövqalma həyatda dəyər qəpiyinin üz və arxa tərəfləridir. Biri o birindən ayrı ola bilməz, çünki birtərəfli qəpik mövcud deyildir. Həyatı birtərəfli yaşamağa çalışmaq səbəbindəndir ki, ətrafdakı çox sayda “Uğurlu” insan xoşbəxt deyil, yaxud xoşbəxt olmalı olduqları qədər xoşbəxt deyildirlər.

HƏM Naliyyət, HƏM DƏ Zövqalma olmadan həyatın tam dəyərini əldə edə bilmərsiniz. Naliyyət və Zövqalmaya fokuslaşmaq  həyatınızın hər günündə Sizə “nəyisə edən kimi tələsi”ndən yan keçməyə kömək edir, həyat və realizasiyanın sevincinə “ bunu edən kimi”nin ətrafında plan qurmaq adəti…

Həyat … həyatımızın bütün önəmli sahələrində … hər gün nəyəsə nail olduqda və ondan zövq aldıqda …arzusunda olduğumuz dəyər və balans gətirir … Nəticə olaraq İş və Həyat arasındakı Balansın gözəl işlək tərifi aşağıdakı kimidir:

Həyatımın 4 kvadrantının hər birində – İş, Ailə, Dostlar və Özümdə mənalı gündəlik Naliyyət Zövqalma.

İndi isə özünüzdən soruşun, axırıncı dəfə nə vaxt işdə nəyəsə Nail olmusunuz VƏ Zövq almısınız? Ailənizlə, dostlarınızla Nail olub Zövq almağınız necə? Son zamanlarda sadəcə özünüz üçün nə vaxt nəyəsə Nail olmusunuz VƏ Zövq almısınız?

İşdən evə gedərkən niyə 20 dəq ayırıb sadəcə özünüz üçün nə isə etməyəsiniz? Və evə çatdanda qapıdan içəri girməzdən əvvəl bu axşam evdə nəyə nail olmaq, yaxud zövq almaq istədiyinizə fokuslaşın. Sonra isə içəri daxil olanda müvafiq hərəkət edin.

İşdə Siz hər gün təkcə Nail olduğunuza deyil, işin sevincini, həyatın sevincini əks etdirərək də özünüzün ən yaxşı İşlə Həyat Balansınızı yarada bilərsiniz. Bu gün heç kim Sizə “sığal çəkməyibsə”, bunu özünüz edin. Və başqalarına da eynisini etməyə kömək edin.

Bunu etdikdə, təkcə işləri yerinə yetirən deyil, etdiklərindən zövq alan insan olsanız, insanları özünüzə cəlb etmiş olarsınız. Onları Sizi komandalarında görmək, Sizin komandanızın bir hissəsi olmaq istəyərlər.
Sadə konsepsiyalar. Gününüzün əsas komponenti kimi onlara fokuslaşandan sonra isə onları yerinə yetirmək çox da çətin deyildir. Ona görə də, özünüz üçün, ailəniz üçün, Sizə önəmli olan bütün insanlar üçün … bunu edin … həyatınızın qalan hissəsinin hər günü …Nail olun və Zövq alın.