az en
info@fworks.az
+994 12 447 74 78
+994 70 336 88 11

Məqalələr - İş yerində “tükənmə” – nə etməli?

İş yerində “tükənmə” – nə etməli?

Bəlkə bilirsiniz, bəlkə də yox, amma bu gün əməkdaşların “tükənməsi” bir çox iş yerlərinin üzləşdiyi məsələdir. “Tükənmə”nin səbəbi iş yerindəki uzun müddətli stress yaradan amillərdir və üzgünlük, şəxsiyyətin itirilməsi və qeyri-səmərəliliklə xarakterizə olunur. O, təşkilatınız daxilində işə gəlməmək, işdən çıxma hallarının artmasına, habelə məhsuldarlığın azalmasına səbəb ola bilər.

Tükənmə istənilən iş yerində ola bilər; bununla belə, sosial təminat/əhaliyə xidmət sahəsinin peşəkarları, məs, həkimlər, tibb bacıları, müəllimlər və sosial işçilər arasında daha çox proporsiyalara rast gəlinir. Həm fərdi xüsusiyyətlər, həm də iş konteksti tükənmənin inkişafına səbəb ola bilər; amma iş mühiti ilə tükənmə arasındakı əlaqə daha güclüdür. Indi artıq işə götürənlər əməkdaşları zəif əqli sağlamlığın inkişaf etdirilməsi riskinə məruz qoymayan iş mühiti təmin etməyə görə məsuliyyət daşıyır.

Beləliklə, əməkdaşlar arasında tükənmənin qarşısını almaq üçün nə edə bilərsiniz? Yaxud əgər onlarda artıq tükənmənin əlamətləri görünürsə, kömək üçün nə edə bilərsiniz? Hər iş yeri unikal olduğu üçün, tükənməni aradan qaldırmağın universal yolu yoxdur. Tükənmə müdaxilələri təşkilat kontekstindəki unikal stress mənbələrini nəzərə aldıqda səmərəli olur. Buradan belə nəticə çıxır ki, tükənmə müdaxilələri bir qayda olaraq 3 yoldan birinə uyğun strukturlaşdırılır: şəxsə yönəlik, təşkilata yönəlik, yaxud hər ikisinin kombinasiyası.

Şəxsə yönəlik müdaxilələr

Şəxsə yönəlik müdaxilələr əməkdaşları iş yerindəki stress yaradan amillərə daha dözümlü etmək məqsədilə onların çətinliklərdən baş çıxara bilmək bacarıqlarını hədəfləyir. Onlardan bir qayda olaraq fərddə tükənmə əlamətləri özünü biruzə verəndə istifadə edilir  və həm fərdi, həm də qrup halında həyata keçirilir. Bəzi nümunələrə daxildir: stressin idarə olunması, istirahət və dərindən düşüncə, özünəinam, vaxtın idarə olunması, sosial bacarıqlar təlimi və psixoterapiya. Belə müdaxilələr xüsusilə üzgünlüyü aradan qaldırmaq baxımından faydalı ola bilər. Bununla belə, xüsusilə fərd stress törədən eyni mühitə qayıtdıqda bu təşəbbüslər özlüyündə uzun müddətli təsirə malik olmaya bilər. Başqa sözlə, onların tükənməsinin köklü səbəbi həll edilməmiş qala bilər. Bundan başqa, bu müdaxilələr yaranmış vəziyyətdən əməkdaşı sorumlu tutmaq və işəgötürənin məsuliyyətini  aradan qaldırmaq yolu hesab edilə bilər.

Təşkilata yönəlik müdaxilələr

Təşkilata yönəlik müdaxilələr iş mühitinin əməkdaşlara olan təsirini nəzərə alır. Tükənmə heç də mütləq şəkildə həddən ziyadə tələbkar iş yükünün nəticəsi deyildir. İş yerindəki müxtəlif şəraitlər ona səbəb ola bilər, məs, əməkdaşların iş mühitini ədalətsiz hesab etməsi, yaxud əməkdaşların öz işlərinə nəzarətinin olmaması.   Təşkilata yönəlik müdaxilələr adətən ayrılıqda həyata keçirildikdə şəxsiyyətə yönəlik müdaxilələrdən daha uzun müddətli təsirə malikdir. Bundan əvvəl qeyd edildiyi kimi, hər təşklatın unikal stress yaradan amilləri və təkmilləşdirilməli sahələri vardır ki, psixoloji şəraitin yaxşılaşdırılması zamanı məhz bunlara hədəflənmək lazımdır. Tükənməni azaltmaq, yaxud qarşısını almaq üçün hədəflənən ümumi sahələr aşağıdakılardır:

- əməkdaş muxtariyyəti: iş qrafiki, iş yükü və iş proseslərinə artan nəzarət və qərar qəbuletmə.

- idarəetmə tərzi: mikro-idarəetmə və yuxarıdan aşağı iyerarxiyanı azaltmaq və aşkarlığı, açıq kommunikasiyanı, əməkdaş etimadı və – —  —-

- əməkdaşlığı artırmaq üçün idarəetmə tərzlərinin dəyişdirilməsi.

- təlim: əməkdaşın kompetensiyalarının artırılması və peşəkar inkişaf imkanlarının təmin edilməsi.

- sosial mədəniyyət/mühit: buraya bunlarla məhdudlaşmamaq şərtilə aşağıdakılar daxildir: şəxslərarası münaqişələrin azaldılması, sosial – -

- dəstək və komanda işinin artırılması, işlə həyat arasındakı balansa dəstək və əməkdaşlarla şirkətin dəyərlərinin uyğunlaşdırılması.

- Tanınma: buraya ədalətli səylər və mükafatlandırma sistemlərinin təlqin edilməsi daxildir.

Hərtərəfli yanaşma

Fərdi və təşkilata yönəlik müdaxilələrin birləşdirilməsi tükənmənin hədəfləndirilməsinin ən yaxşı yolu hesab edilir. Hərtərəfli yanaşmadan istifadə problemə bütün bucaqlardan hücum etməyə bənzəyir ki, bu, problemin yalnız bir aspektinə fokuslaşmaqdan daha effektivdir. Eynilə bunun kimi, əgər Siz hazırki əməkdaşların tükənməsinin əlamətləri ilə mübarizə aparmaq üçün təşkilati mədəniyyətinizi dəyişsəniz, əməkdaşların gələcəkdə işdə “yanıb kül olması” riskini də azalıtmış olacaqsınız.

Tükənmə müdaxilələri üçün məsləhətlər

SİZİN təşkilatdakı problemləri/stress amillərini müəyyən edin

Sizin ən yaxşı resursunuz əməkdaşlarınızdır. Dəqiqliklə nəyin baş verdiyini aşkar etmək üçün onlarla əməkdaşlıq edin. Onlar nəinki problemi müəyyən etməyə, hətta dəyişiklik və təkmilləşdirmə üçün mövcud imkanlara daha dərindən nəzər yetirməyə kömək edəcəkdir.  Bundan başqa, əməkdaşlıq vasitəsilə Siz komitə yaratmaq və/yaxud təşkilatınız daxilində dəyişiklik agenti kimi fəaliyyət göstərmək arzusunda olan fərdləri aşkar edə biləcəksiniz.

Müvafiq şəkildə planlaşdırma aparın

Problemin identifikasiyasında olduğu kimi, müdaxilələrin planlaşdırılması üçün kollaborativ yanaşma edə biləcəyiniz ən yaxşı variantdır. Bunu etməklə təşkilatınız daxilində dəyişiklik tələb edən xüsusi təkmilləşdirmə sahələrinə fokuslaşmış qalacaqsınız. İdeya və istiqamət üçün uğurlu müdaxilələr aparmış digər təşkilatlara baxmaq normaldır, amma düşünməyin ki, onların təşkilatı üçün faydalı olan Sizdə də keçərli olacaqdır.

Həyat fəaliyyətinin təhlükəsizliyinin əsaslarını nəzərdən keçirin

Tükənmə müdaxilələrinizi həyat fəaliyyətinin təhlükəsizliyinin əsasları proqramı ilə tamamlamaq əməkdaşların həm psixoloji, həm də fiziki rifahını daha da gücləndirə bilir. Belə proqram artmış fiziki fəaliyyət, daha yaxşı qidalanma və başqaları olan yerdə siqaret çəkməmək imkanları təklif etməklə sağlam həyat tərzini təlqin edə bilər.  O, daha dəstəkverici sosial mühit də yarada bilər, çünki əməkdaşlar məqsədlərə doğru işləyir, yaxud çalışma qrupları yaradır.

Başa çatdırın

Əməkdaşın özünü doğrultmayan gözləntilərindən sonrakı məyusluq əslində heç vaxt müdaxilə etməmiş olsaydınız belə ondan daha çox ziyan vura bilər.  Əgər əməkdaşlarınız bəzi dəyişikliklər gözləyirsə və bu dəyişikliklər baş vermirsə, mövcud problemlərin daha da pisləşmə ehtimalı var.

Yoxlama sessiyaları təklif edin

Zaman keçdikcə tükənmə müdaxilələrinin müsbət təsirləri azala bilər. Amma əməkdaşlar yoxlama sessiyalarında iştirak etdikdə bu müsbət müdaxilələr daha uzun müddətli ola bilər. Yoxlama sessiyaları təklif etmək və psixoloji sağlamlığın əsas olduğunu insanların fikrində saxlatdırmaq tükənmənin sezilməmək və emal edilməmək ehtimalını azaldır.

Təşkilat daxilində dəyişiklik etmək vaxt aparır. Eynilə bunun kimi, əməkdaşların tükənmə simptomları bir gecədə itib getmir. Əməkdaşların tükənməsinin qarşısının alınması və bununla mübarizədə düzgün müdaxilələrin müəyyən edilməsi düzgün istiqamətdə atılmış addımdır.

 

Tags: