az en
info@fworks.az
+994 12 447 74 78
+994 70 336 88 11

Məqalələr - İş axtarışı üzrə 4 başlıca addım

Son dövrün araşdırmalarına görə, insanların çoxu ən azı 5-7 iş yerində çalışır. Bir çoxları Resume doldurmağı bilir və onlayn iş elanlarına müraciət edirlər amma nadir hallarda bu elanların sonu müsbət cavabla bitir. Ya sizinlə əlaqə saxlayıb müsahibəyə dəvət edirlər və sizin fikirləşdiyiniz kimi olmadığı üçün imtina edirsiz, ya da sənədinizə diqqət yetirmirlər. Müştərilərimizdən tez-tez eşidirik ki, iş axtarışı çox vaxt aparır, nə qədər də işlərini sevməsələr vaxt ayırıb bununla məşğul olmurlar. İnanırıq ki, bu hal onlara kiminsə səhf məlumat verdiyi üçündür. Düzgün, sizə uyğun işin axtarışı, müsahibədən uğurla keçməyin 4 üsulu vardır.

1)      Mükəmməl İş Yoxdur

Çox sadə səslənə bilər amma axtarışa başlamamışdan əvvəl bunu dərk etməlisiniz. Bəlkə sizin gözləntiləriniz: yüksək əmək haqqı, sayı hesabı olmayan məzuniyyət günləri və sizi hər zaman xoşbəxt etmək istəyən bir şirkətdə işləməkdir. Amma təəssüf ki, iş elanlarına baxarkən gözləntilərinizə uyğun iş tapmaqda çətinlik çəkəcəksiniz və yaxud hər hansı bir vakansiya üçün yetəri qədər peşəkar olmadığınızı düşünüb ruhdan düşə bilərsiniz. Ən pisi, birinci təklifi alarkən, dərhal işdən çıxmağınızdır. Çünki müraciət etdiyiniz şirkətlər özlərini həmişə yaxşılığa doğru təqdim edəcəklər. Amma doğru olan tək şey var, şirkətlər hər tərəfli mükəmməl ola bilməzlər.

2)      Nə istədiyinizi müəyyən edin

Müştərilərimizlə həmişə əlaqədə olduğumuz üçün bir şeyi müşahidə etmişik ki, çox vaxt nə istədiklərini heç özləri də bilmirlər. İşdən çıxıb, müxtəlif kurslara yazılırlar amma sonra nə edəcəklərini bilmirlər. Bu normal haldır. Ali təhsil alan kimi, hamı iş axtarmağa tələsir. Yaxşı bacardığımız işlə məşğul olmağa çalışırıq amma kaş ki, onun yerinə bir dəfə oturub, götür-qoy etsək. Bir dəfə oturub nə istədiklərinizi yazın, 5 il müddətinə harda olmaq istədiyinizi, arzularınızı, istəklərinizi yazın, köməyə ehtiyacınız varsa ailə üzvlərinizə müraciət edib sizin haqqınızda nə düşündüklərini paylaşsınlar. Yadda saxlayın, özünüzu tapmaq üçün heç vaxt gec deyil. Əgər nə vaxtsa “Həmişə olmaq istərdim…” işlətmisinizsə, özünüzdən soruşun “niyə də yox”?

3)   Hazırıqlı olun

Ən çətini nüfuzlu şirkət tərəfindən müsahibəyə çağırılmaqdır, lakin hazırlıqsız müsahibəyə gələnlərin də sayı az deyil. Bu halı asanlıqla aradan qaldırmaq olar. Çünki şablon suallarla tanışıq: “Bizim şirkət haqqında nə bilirsiniz?”, “Bu vakansiyaya niyə müraciət etmisiniz?”. Müsahibəyə getməmişdən əvvəl axtarış edin, şirkətin məşğul olduğu sahə, ümumiyyətlə nə kimi suallar verə bilərlər və sizin hazır cavabınız. Əgər çox həyacan keçirirsinizsə, dostlarınızdan sizi müsahibə etməklərini xahiş edin. Uğurlu müsahibə təcrübə ilə gəlir, çalışın çox məşq edin.

4)   Ehtiyyatlı olun

Yadda saxlayın, iş təklifi almağınız hələ onu qəbul etmək mənasını vermir. Axtarış edin şirkət haqqında fikirləri oxuyun. Ailə üzvlərinizdən, dostlarınızdan məsləhət alın. Onlar da sizin kimi düşünürlərsə, demək bu təklifi dəyərləndirmək olar. Əgər təklifi qəbul etsəniz bir şeyi heç vaxt unutmayın: Hər bir işin öz çətinlikləri var, sizin düzgün yanaşmanız dəyişiklər edə bilər.