az en
info@fworks.az
+994 12 447 74 78
+994 70 336 88 11

Məqalələr - Geniş auditoriya qarşısında daha yaxşı çıxış

Biz auditoriya qarşısında çıxış edərkən və ya bir komanda görüşündə danışarkən hamımız zaman- zaman ictimaiyyət içində danışmalı oluruq. Biz bunu yaxşı və ya pis edə bilərik, amma, nəticə insanların bizim haqqımızda nə düşündüyünə güclü təsir göstərir.

Yaxşı xəbər ondan ibarətdir ki, hərtərəfli hazırlıq və təcrübə ilə siz həyəcanınıza qalib gələ və çıxışınızı olduqca yaxşı şəkildə edə bilərsiniz.

Geniş auditoriya qarşısında çıxışın əhəmiyyəti

Sizin qrup qarşısında müntəzəm təqdimatlar etməyə ehtiyacınız olmasa da, bir çox hallar mövcuddur ki, geniş auditoriya qarşısında yaxşı çıxış üçün bacarıqlar karyeranızı inkişaf etdirməyə və imkanlar yaratmağa kömək edə bilər. Məsələn, bir konfransda təşkilatınız haqqında danışmalı, mükafat aldıdan sonra çıxış etməli və ya yeni şagirdlərə dərs keçməli ola bilərsiniz. Geniş auditoriya qarşısında yaxşı çıxış üçün bacarıqlar həyatınızın başqa sahələrində də əhəmiyyətlidir.

Dostunuzun toyunda çıxış etmək üçün sizdən xahiş edilə, xeyriyyə tədbirində bir qrup könüllü tərəfindən ruhlandırıla bilərsiniz. Qısası, yaxşı bir ictimai natiq olmaq sizin nüfuzunuzu, özünüzə olan inamı artıra və qarşınızda saysız imkanlar aça bilər.

 

Yaxşı ictimai natiq olmaq üçün strategiyalar

Müvafiq şəkildə planlaşdırın

Əvvəcə, əmin olun ki, siz ünsiyyətinizi müvafiq şəkildə planlaşdırmısınız. “Ritorik üçbucaq” (Ritorik üçbucağı üç element formalaşdırır: müəllif, auditoriya və kontekst) “Ünsiyyət üçün 7C” (7C -ə əsasən ünsiyyət olmalıdır: Aydın, yığcam, müəyyən, düzgün, tam, nəzakətli) kimi vasitələrdən istifadə etməklə ne deyəcəyinizi necə planlaşdıracağınız haqqında düşünün.

Bunu edərkən, kitabın ilk paraqrafının necə əhəmiyyətli olduğu haqqında düşünün; Əgər bunun haqqında düşünmürsünüzsə, çox güman ki onu yazmağa hazırlaşırsınız. Eyni prinsip danışığınıza da aiddir: əvvəldən auditoriyanız üçün maraq yaratmağınız lazımdır.

Təcrübə

Təcrübə əldə etmək üçün başqaları qarşısında danışmağaimkanlar axtarın. Əgər, təqdimat və ya hazırlanmış çıxışı təqdim etməyə hazırlaşırsınızsa, onu mümkün qədər tez hazırlayın. Əvvəldən onu hazırlasanız, məşq üçün daha çox vaxtınız olacaq. Axımı rəvan və sərbəst olanadək onu dəfələrlə təklikdə məşq et.Sonra, əgər uyğundursa, kiçik auditoriya qarşısında məşq edin: bu həyəcanınızı sakitləşdirməyə və materialla daha rahat hiss etmənizə kömək edəcək.

Auditoriyanız sizə həmçinin həm material, həm də çıxışınıza faydalı rəy verəcək.

Auditoriyanızla məşğul olun

Danışan zaman auditoriyanızı cəlb etməyə çalışın. Bu sizə özünüzü daha az təcrid olunmuş hiss etdirəcək və hər kəsi sizin verdiyiniz məlumata cəlb edəcək.Əgər uyğundursa, fərdlər və ya qruplara hədəfdə olan əsas sualları soruşun və insanları iştirak etməyə və suallar verməyə ruhlandırın.Yadınızda saxlayın ki, bəzi sözlər bir natiq kimi sizin gücünüzü aşağı salır. “Sadəcə olaraq”, və “məncə” kimi bu sözlər sizin nüfuz və qətiyyətinizi məhdudlaşdırır.Həmçinin, necə danışdığınıza diqqət edin. Əgər həyəcanlısınızsa sürətli şəkildə danışa bilərsiniz.
Bədən dilinə diqqət edin

Çox insan təqdimat zamanı kürsü arxasında danışmağa üstünlük verir. Kürsülər qeydlər aparmağa yaralı olduğu qədər, sizinlə auditoriya arasına əngəl qoyur. Kürsü arxasında dayanmaq əvəzinə ətrafda gəzin və jestlərdən istifadə edərək auditoriyanı cəlb edin. Bu hərəkət və enerji sizin səsinizə də keçəcək, onu daha aktiv və coşğun edəcək.

Pozitiv düşünün

Poitiv düşüncə sizin uğurlu ünsiyyət qurmağınızda müstəsna rol oynaya bilər, çünki o sizə daha rahat hiss etməyə kömək edəcək.

Qorxu, xüsusən,  danışmazdan əvvəl sizi arzuolunmaz bir şey olan öz-özünə danışmaq vəziyyətinə sala və bu zaman  “Mən bunu hec vaxt yaxşı bacara bilməyəcəm” düşüncəsi özünüzə inamı azaltmaqla yanaşı,  sizin öz həqiqi qabiliyyətinizi üzə çıxarmaq şansınızı zəiflədə bilər”.

Müxtəlif yanaşma və görüntülərdən istifadə edərək əminliyinizi artırın. “Mən məmnunam ki, auditoriyama kömək etmək imkanına malikəm ” və ya “Mən uğur qazanacağam” kimi pozitiv yanaşmalardan istifadə edin.

Həyəcanla başa çıxın

Başqalarının qarşısında danışmalı olduqda, çox pis şeylərin baş verəcəyini düşünə bilərik. Təsəvvür edirik ki, etmək istədiyimiz bütün məqamları unuduruq, həyəcandan huşumuzu itiririk və ya daha dəhşətlisi işimizi itirəcəyik. Amma belə şeylər demək olar ki, heç vaxt olmur! Biz onları beynimizdə yaradırıq və olması gərəkdiyindən daha çox həyəcanla nəticələnir. Əvvəlcə, özünüz, həyəcanınız və qorxunuz haqqında düşünməməyə səy göstərin. Onun yerinə auditoriyanıza fokuslanın: nə deyirsinizsə “onlar haqqında”dır. Unutmayın ki, siz bir şəkildə onlara kömək etməyə və maarifləndirməyə çalışırsınız və sizin verdiyiniz məlumat qorxunuzdan daha vacibdir.

Çıxışınızın videoyazısına baxın

Əgər mümkündürsə, təqdimat və çıxışlarınızı lentə alın. Siz daha sonra özünüzə baxaraq nitq qabiliyyətinizi inkişaf etdirə və sonra yaxşı olmadığınız tərəfləri inkişaf etdirmək üzərində işləyə bilərsiniz. Baxan kimi, siz “Um” və ya “kimi” şifahi ünsiyyət vasitələrindən istifadə etdiyinizi görürsünüz. Əgər siz ictimaiyyət içində yaxşı danışsanız, bu sizə vəzifə və mükafat əldə etməyə kömək edəcək, komanda və ya təşkilatınız üçün  maarifləndirməni artıracaq və digərlərini elmləndirəcək. Siz özünüzü başqaları qarşısında danışmağa məcbur etsəniz, daha yaxşı olacaqsınız və daha inmalı olacaqsınız.