az en
info@fworks.az
+994 12 447 74 78
+994 70 336 88 11

TƏLİMLƏR - FireWorks HRM şirkəti tərəfindən keçirilən növbətı Webinar təlimi başa çatdı

FireWorks HRM şirkətinin İR üzrə baş mütəxəssisi Tutu Məmmədova tərəfindən təqdim edilən, mövzusu “İnsan Resurslarının idarə edilməsi” olan Webinar təlimi başa çatmışdır. Webinar İR tarixi,şirkətlərdə Təlim və İnkişafın aparılması, performansın qiymətləndirilməsi və Əmək Qanunvericiliyi kimi sahələri əhatə etmişdir. Təlimdə iştirak edən ABB Ltd., Bakı Şəhər Halqası Əməliyyat Şirkəti, TBC Kredit və Evrodizayn kimi şirkətlərin nümayəndələrinə aktiv olmaqlarına və dəyərli rəy bildirməklərinə görə dərin minnətdarlığımızı bildiririk.

Həmçinin, apardığımız sorğu əsasında bizim mütəxəssis və tərəfdaş təlimçilər tərəfindən “İnsan Resurslarının idarə edilməsi” və “Əmək Qanunvericiliyi” mövzularına aid yeni Webinarlar keçirmək istəyini nəzərə alaraq yaxın gələcəkdə bu mövzuları əhatə edəcək təlim-webinarlar keçirmək fikrindəyik.