az en
info@fworks.az
+994 12 447 74 78
+994 70 336 88 11

Məqalələr - Fərdi İnkişaf Planı

Fərdi İnkişaf Planı

Şəxsi “SWOT” Təhlili.

Həyatda o zaman uğur qazanmaq mümkün olar, əgər siz maksimum dərəcədə öz istedadınızı istifadə edirsiz. Eynilə, əgər siz zəifiklərinizdən xəbəriniz varsa, problemlərinizi tez yaxşıya doğru yönləndirə bilərsiz. Və bunların hamısını bacarsaz – əlbəttə bu uğur naminə bir hərəkətdir.

SWOT Analiz – sizə kömək edən faydalı üsuldur.

SWOT analizi xüsusilə güclü nə edir, bir az fikirləşsəz anlayarsız ki, sizə kömək olur imkanlarınızı üzə çıxarasız. Siz zəif xüsusiyyətləriniz haqqında bir qədər anlaşma aparsaz, irəliyə doğru hərəkət etmək bacarığını qazana bilərsiz. Ziyan vura biləcək təhlükələri idarə etmək və aradan qaldıra biləcəksiniz.

Əgər siz SWOT çərçivəsini istifadə etsəz, siz ixtisaslaşdırılmış istedad və qabiliyyət inkişaf etdirəcəksiz, və artıq həmyaşıdlarınızdan özünüzü ayırıb, bundan sonra da karyeranızda irəliləməyə başlaya bilərsiniz.

 İstifadəsi

Əvvəl aşağıdaki sualları cavablandırın.

Güclü cəhətlər (Strengths)

-          Hansı üstünlüklərə maliksiz (məsələn: bacarıq, sertifikat, təhsil, və ya tanışlıq)?

-          Hamıdan yaxşı nə bacarırsız?

-          Hansı şəxsi resurslar əldə edə bilərsiz?

-          Digər insanlar sizin güclü tərəfləriniz kimi nəyi görürlər (xüsusilə, sizin rəhbəriniz)?

-          Hansı nailiyyətlərinizlə fəxr edirsiniz?

-          Hansı dəyərləriniz sizi başqalarından fərqləndirir?

Məsləhət:

Ünsiyyət qurduğunuz zaman öz güclü cəhətlərinizə üstünlük verin. Məsələn, əgər siz tanınan riyaziyyatçısız və ətrafınızda olan insanlar da riyaziyyatda əladırlar, onda bu, sizin bu rolda uğur qazanmağınız şərt deyil.

Zəif tərəflər (Weakness):

-          Hansı tapşırıqlardan siz, adətən, qaçmağa çalışırsız?

-          Sizin ətrafınızda olan insanlar sizin zəif tərəfləriniz haqqında nə deyə bilərlər?

-          Siz tam əminsiniz ki, sizin təhsil və təlim bacarıqlarınız uğura malikdir?

-          Sizin hansı mənfi işləriniz adətdir (məsələn, tez-tez kecikmək, problemlərdən qaçmaq və s.)?

İmkanlar (Opportunities)

-          Hansı yeni texnologiyalar sizə kömək edə bilər? Və ya siz başqalarından və ya İnternet vasitəsilə kimdən kömək istəyə bilərsiniz?

-          Sizin sahəniz artır? Əgər belədirsə, siz cari bazar istifadə edə bilərsiniz?

-          Siz yaxşı məsləhətlər təklif edirsiniz?

-          Hansı tendensiyalar (idarəetmə və ya digər) şirkətinizdə görürsünüz və necə istifadə edirsiz?

-          Sizin müştərilər və ya satıcılar müəssisənizdə nə barədə isə şikayətlənirlər? Əgər belədirsə, siz həllini təklif etmək imkanı yarada bilərsiniz?

Burada faydalı imkanlar tapa bilərsiniz:

-          Tədbirlər, maarifləndirmə dərsləri və ya konfranslar.

-          Həmkarınız uzun müddətli məzuniyyətə getməyə qərara gəldi.  Həmin şəxsin layihələrini apara bilsəz, təcrübə qazana

-         Yeni bacarıqları öyrənmək üçün sizi vadar edən yeni rol və ya layihə, ictimai çıxış və ya beynəlxalq əlaqələr .

Həmçinin, əsası odur ki, siz güclü tərəflərinizə baxın və özünüz soruşun,  təzə imkanlar aça bilmək üçün bu çatışmazlıqları aradan necə qaldıra bilərsiz.