Vacancies

Audit üzrə Mütəxəssis

Pərakəndə Satış sahəsi

Əsas vəzifə öhdəlikləri

  • Maliyyə və mühasibatlıq üzrə audit yoxlamalarını aparmaq;
  • Yeni yazılmış proseslərin öyrənilməsi və gərəkdiyi halda düzəlişlər edilməsi üçün fikir bildirmək;
  • Tələb edilən hallarda yazılı proseslərin icrası vəziyyətini yoxlamaq;
  • Planlı və qəfil inventarizasiya işini aparmaq;
  • Satış nöqtələrinə yerində baxış keçirmək və fəaliyyətlərini qiymətləndirmək;
  • Tələb edilən hallarda rayon mağazalarına ezamiyyətə getmək;
  • Audit işinin nəticəsi haqqında hesabat hazırlamaq və təqdimat etmək;
  • Təftiş Komissiyalarının tapşırıqları əsasında xüsusi audit yoxlamalarında iştirak etmək;
  • Təftiş Komissiyalarının işi ilə əlaqədar daxili audit xidmətlərinin hesabatlarını və digər sənədləri təhlil etmək və müvafiq sənədləşməni aparmaq; 
  • Kənar auditlə bağlı hesabatları təhlil etmək və müvafiq sənədləşməni aparmaq;
  • Maliyyə, iqtisadi, mühasibat uçotu, hesabatlılıq, audit və digər sahələrə dair araşdırma və təhlil aparmaq və nəticələrə dair məlumat vermək.

 

Namizədə tələblər

  • İqtisadiyyat, mühasibatlıq, audit və ya maliyyə sahəsində ali təhsil;
  • Maliyyə, mühasibatlıq, daxili audit, xarici audit və ya digər oxşar sahələrdə ən azı 1-3 illik təcrübə;
  •  Daxili nəzarət və qiymətləndirmə prosedurları haqqında biliklər;
  • Güclü MS Office (Word və Excel);
  • CIA, ACCA/CPA ixtisas dərəcələrinin mövcudluğu üstünlük  hesab edilir;
  • Müstəqillik və obyektivliyi saxlamaq bacarığı;
  • Hesabatların hazırlanması bacarıqları;
  • Azərbaycan və rus dillərində sərbəst danışıq və yazı qabiliyyəti;
  • Bir neçə işin öhdəsindən eyni vaxtda gələ bilmək və tapşırıqların vaxtında yerinə yetirilməsi;
  • Yeni şərtlər, informasiya və problemlərə adaptasiya olunma bacarığı.

On the interview results

How to apply

You are welcome to send your CV