Vacancies

Baş Mühasib

Construction Company

 

Bizim üçün ən ideal namizəd :

  • Maliyyə, mühasibatlıq və ya İqtisadiyyatın idarə edilməsi sahəsində ali təhsilli
  • Mühasibatlıq sahəsində ən azı 5 illik iş təcrübəsi olan ( 3 ili idarəetmə olmaqla)
  • MS Office və mühasibatlıq proqramlarını yüksək səviyyədə biləndir.

O cümlədən :

  • İdarəetmə, ünsiyyət, işgüzarlıq, əməkdaşlıq baxımından yüksək bacarıqlara sahib olmalı
  • Milli və beynəlxalq uçot standartlarını bilməli
  • Azərbaycan və rus dillərini yaxşı səviyyədə həm şifahi, həm də yazılı bilməlidir.

Hansı işləri görəcəksiniz :

  • Mühasibat, vergi uçotu və DSMF, Statistika ilə bağlı əməliyyatlar aparacaq
  • Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesabında (həmçinin uçotu registrlərində) düzgün əks etdirilməsini təmin edəcək
  • Mühasibat (maliyyə) hesabatlarının müəyyən edilmiş müddətlərə tərtib və təqdim edilməsini təmin edəcək
  • İlkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin, əmək haqqı fondunun hesablanmasına nəzarəti icra edəcək
  • Pul vəsaitlərinin, əmtəə-mal qiymətlilərinin və əsas fondların inventarlaşmasının aparılmasını təmin edəcək
  • Ştat, maliyyə və kassa intizamına ciddi əməl edilməsi, inzibati təsərrüfat və digər xərclərin, debitor borclarının, çatışmazlıqların və itkilərin mühasibat balanslarından silinməsi işlərini görəcək
  • Mühasibat sənədlərinin çoxaldılması, tərtib edilməsi və arxivə təhvil verilməsinin müəyyən edilmiş qaydada yerinə yetirilməsinə nəzarət edəcəkdir.

Nə əldə edəcəksiniz ?

  • Ölkənin ən böyük sənaye müəssisəsində işləmək imkanı
  • Adekvat əmək haqqı və faəliyyətə uyğun bonus sistemi
  • Təlim və inkişaf məsələlərində şirkətin tam dəstəy
  • Davamlı karyera imkanı
  • Qanunvericiliyə uyğun sənədləşmə və həftə sonları istirahət imkanı

Əlavə məlumatlar :

  • Əmək haqqı razılaşma əsasında
  • Şirkət tərəfindən naharla, nəqliyyatla təmin edilmə
  • İş vaxtı: Bazar ertəsi - Cümə, 09:00 – 18:00, 5 günlük iş həftəsi
  • İş yeri Sumqayıt şəhərində yerləşir.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Baş mühasib” yazaraq hr@fworks.az ünvanına göndərilməsi xahiş olunur.

On the interview results

How to apply

You are welcome to send your CV