az en
info@fworks.az
+994 12 447 74 78
+994 70 336 88 11

Məqalələr - Dəyişikliklərin idarə edilməsi ( 2-ci hissə)

Mərhələ 5: Maneələrləri  aradan qaldırın

Əgər bu addımları edib  dəyişiklik prosesində müəyyən nöqtəyə çatmısınızsa, siz artıq şirkətdə müxtəlif vəzifələrə malik olan əməkdaşlarınızla öz hədəf baxışınız  haqqında danışmısınız.

 

 

 

 

Bunun üçün siz hansı fəaliyyətləri həyata keçirə bilərsiniz:

Əsas məqsədi dəyişiklik olan liderləri müəyyən edib işə qəbul etməlisiniz.

Şirkətin  strukturu, iş təsviri,  performans və təzminat sisteminə fikir verib onların sizin hədəf baxışınıza uyğun olmasına əmin olmalısınız

Dəyişiklikləri həyata keçirən insanları tanıyıb mükafatlandırmalısınız

Dəyişikliklərə müqavimət göstərən insanları müəyyən edib onlara düzgün yolu göstərməlisiniz

Maneələrin tez aradan qaldırılması üçün hərəkət edin

 

Mərhələ 6: Qısa müddətdə uğurların əldə edilməsi imkanını yaradın

Uğur ən böyük motivasiyadır. Öz şirkətinizdə uğur qazanma hissini dəyişiklik etməmişdən öncə nümayiş etdirin. Qısa bir müddət ərzində ( bu bir ay və ya bir il ola bilər ) işçilərin uğurlu irəlilləyişlərini görməyə  nail ola biləcəksiniz. Əgər bu olmasa, tənqidi və negativ düşünənlər tərəfindən maneələrlə üzləşə bilərsiniz. Bircə böyük məqsəd deyil -  qısa müddətdə nail olan hədəflər qurun. Uğursuzluğa uğramağa az imkan yaradıb asan əldə edilən hədəflərə nail olmalısınız.

Sizin dəyişiklik üzrə kamandanız bunun üçün daha sərt işləməlidir, lakin sizin təqdim etdiyiniz hər bir balaca uğur heyəti ilhamlandıracaq.

Bunun üçün siz hansı fəaliyyətləri həyata keçirə bilərsiniz:

Dəyişiklik mütəxəssisinin köməyi olmadan sizin həyata keçirə biləcəyiniz beş layihə seçin.

Çox xərc aparan hədəflər qoymayın. Siz hər bir layihəyə öz sərmayelərinizi qoymağı bacarmalısınız.

Öz hədəflərinizin üstünlük və çatışmazlıqlarını təhlil etməlisiniz. Əgər ilk hədəfləri yerinə yetirə bilmirsinizsə bu sizin dəyişikliyə təşəbbüs göstərməyinizə bütövlüklə zərar verə bilər.

Hədəflərinizə çatmağa kömək edən insanları mükafatlandırın.

 

Mərhələ 7: Dəyişiklik üzərində yeniliklər edin

Kotter bəhs edir ki, dəyişiklik layihələrinin uğursuz olmağının əsas səbəbi qalibiyyətin tez elan edilməsi olur. Əsil dəyişiklik bünövrəli – tutqun  olur. Tez nail olunan dəyişiklər böyük yeniliklərin başlanğıcıdır. Yeni bir layihənin yeni bir sistemlə başlanması əladır. Lakin 10 yeni layihənin başlanğıcı yeni sistemin işləməsini sübut edir. Əgər siz həmin 10 uğura nail olmusunuzsa, yeni inkişaflara başlaya bilərsiniz. Hər uğur nəyi düzgün həyata keçirdiyinizi və nəyi yaxşılaşdırmağınıza müəyyən etməyə imkan verir.

Bunun üçün siz hansı fəaliyyətləri həyata keçirə bilərsiniz:

Hər uğurdan sonra nəyi düzgün etdiyinizi və nəyi inkişaf etdirə biləcəyiniz haqda təhlil edin

Nail olduğunuza davam etmək üçün məqsədlər qoyun

İdeyaları hər zaman yenilikdə saxlamaq üçün öz dəyişiklik komandanıza yeni üzvlər cəlb edin

 

Mərhələ 8: Dəyişiklikləri korporativ mədəniyyətinizə yönləndirin

Son olaraq hər hansı bir dəyişikliyi etmək üçün bu yeniliyin sizin şirkətin təməlində olmasına fikir verməlisiniz. Sizin korporativ mədəniyyət şirkətdə nəyin baş verdiyini müəyyənləşdirir ki, bunun da əsasında, hədəf baxışlarınızın dəyərlərinin necə olduğunu hər gün göstərməlisiniz. Dəyişikliklərin şirkətin hər bir sahəsində hiss olunması üçün  davamiyyətli cəhdlər edin. Bu dəyişikliyin şirkət mədəniyyətinin xüsusi yerini tutması hissini yaratmağa kömək edəcək. Şirkətin liderlərinin dəyişiklikləri dəstəkləməyə davam etməsi çox vacibdır. Bu hal-hazırkı və yeni liderlərə aiddir. Əgər bu insanların dəstəyini itirsəniz elə dəyişikliyi başladığınız yerdən bitirə bilərsiniz.

Bunun üçün siz hansı fəaliyyətləri həyata keçirə bilərsiniz:

Tərəqqi haqqında hər uyğun bir zaman danışın.  Dəyişiklik prosesinin uğur hekayələri haqqında danışın və ya eşitdiyiniz uğur hekayələrini təkrarlıyın.

Dəyişiklik modellərini və dəyərlərini təlimlərdə və yeni heyəti işə  götürən zaman istifadə edin

Liderləri onların irəli addımlamaları zamanı əvəz etdirmək üçün imkan  yaradın. Bunu da onların fəaliyyətlərini nəzərə alaraq etmək lazımdır.

Xülasə

Şirkətdə dəyişilikləri  uğurla başa çatdırmaq üçün çox işləməlisiniz. Diqqətlə plan və müvafiq təməl qurduğunuz zaman dəyişiklikləri yerinə yetirmək daha asant və uğur qazanma şansınız daha da çox ola bilər . Əgər siz səbirsizsinizsə və cəld nəticələr gözləyirsinizsə sizin dəyişiklik planlarınız uğursuz olacaq.

Aktuallıq yaradın, güclü liderlər seçin, hədəf baxışı qurun və effektiv ünsüyyət qurun, maneələri  aradan qaldırın və öz təməlinizi qoyun. Əgər bunları etsəniz siz dəyişikliklərin şirkətin mədəniyyətinin bir hissəsi olmasına kömək edəcəksiniz. Məhz həmin vaxt əsl qələbəni elan edə bilərsiniz. O zaman rahat oturub vaxtı ilə hədəf tutduğunuz dəyişikliklərdən həzz ala bilərsiniz.