Səbəbi müəyyənləşdirin

Səbəbləri müəyyənlişdirməyə başlamazdan əvvəl siz ilk öncə nəyin səhv olduğunu bilməlisiniz. Aşağıdakı suallara cavab verib onları aşkar edə bilərsiniz:

  • Sizin komanda hansı səbəbə görə nizamsız olduğunu anlıyırlarmı?
  • Məsuliyyətli olmağın vacibliyini hiss edirlərmi?
  • Belə olduqda onlar öz davranışlarında məsuliyyətsizliyi göstərə bilərlər. Çox güman ki onlar öz məsulliyətsizliyinə fikir vermirlər və digərləri üçün bunun problem olmasını ehtimal etmirlər. Siz, onların məsuliyyətsizliyini sizə necə təsir etdiyini göstərməlisiniz;
  • Komandanın  məsuliyyətsizliyi müəyyən səbəbə esaslanırmı?
  • Bu hal insanın travma aldığı və ya həyatında bir dəfə baş verən hadisə nəticəsində ola bilər;
  • Misal üçün , yeni iş, boşanma, ailə üzvlərinin dəfni və ya çox vaxt aparan bir iş. Bunların hamısı qəfil məsulliyətsizliyin səbəbi ola bilər;
  • Onların məsuliyyətsizliyi “inkişaf” etməyə davam edirmi?
  • Bəzi insanlar marağını  özlərində  saxlamaq üçün bilərəkdən xaos və “süni fövqəladə vəziyyətlər” yaradır. Onlar qısa vaxt  müddətində ən yaxşı işlədiklərini hiss edirlər, və hətta bu zaman bir adrenalin də  əldə edə bilirlər;
  • Onlarda məsuliyyətsizliyə səbəb ola bilən bir xəstəlik ola bilərmi?
  • Depressiya, diqqət pozğunluğu və ya uzunmüddətli xəstəlik buna səbəb ola bilər;
  • Əgər sizdə kiminsə müalicə almayan bir tibbi vəziyyətin yaranması haqda şübhə varsa ,siz o şəxslətibbi yardım axtarması haqda danışmalısınız;
  • Fərdin hansı səbəbə görə məsuliyyətsiz olduğunu müəyyən etdikdən sonra aşağıdakı strategiyaların bəzisi sizə  kömək ola bilər.

Bilik azlığı

  • Əgər insanlar necə nizamsız olduqlarını bilmirlərsə  və ya bu onları niyə narahat etməsi haqqında düşünmürlərsə, o zaman bu kifayət qədər asan düzələn bir vəziyyətdir;
  • Öz narahatçılığınızı ifadə edin – Onların nizamsızlığı barədə narahat olduğunuzu bildirməyə başlayın. Siz onların uğur qazanmasını istəyirsiniz və bilirsiniz ki məsuliyyətsizlik onları geri aparır;
  • Şirkətin faydalarına diqqət yetirin – Sizin əməkdaşlarınız dəyişməyə o qədər də meyil etməyə bilərlər , lakin siz bunun şirkətin faydasına görə etməklərini bildirməlisiniz;
  • Məsuliyyətli olduqda onların daha az stresə meyil gostərəcəklərini, daha çox effektiv vaxt əldə edəcəklərini və işin keyfiyyətini artıracaqlarını onlara izah etməlisiniz. Məsuliyyətli olmaq onlar üçün  gələcəkdə bütün qapıların açıq olduğu deməkdir.

 Motivasiyanın olmaması

  • Əgər insanda motivasiyanın olmaması haqqında şübhəniz varsa  o zaman onların xausa oxşar iş fəaliyyətinin sizə və digərlərinə necə təsir etdiyini nəzərə çatdırın;
  • Məsuliyyətsizliyin sizin üçün stresə səbəb olduğunu nəzərə çatdırın – keçmişdə baş verən negativ anları nümünə olaraq göstərin. Onların hərəkətlərinin sizə necə təsir etdiyini bilmələri dəyişikliyə aid motivasiya səbəbi ola bilər;
  • Onlara aid olan şirkətin faydaları haqqında danışın – Məsələn, sizin əməkdaşınız layihəni həmişə gec çatdırırsa bu onun zəif peşakarlıq göstəricisi olması haqda onun nəzərinə çatdırın. Əgər o işdə irəlləmə və ya daha yüksək vəzifəyə nail olmaq istəyirsə, o məsuliyyətli olmalıdır;
  • Motivasiyanın olmaması səbəbini aşkar edin – Məsələnhər ayin 15-i siz hesabat hazırlayırsınız və əməkdaşınız hesabatın təqdim olunma zamanını hər zaman gecikdirir. Bu haqda danışanda əməkdaşınız statistikanı necə düzgün qurması haqda kifayyət qədər əmin olmadığını və ona görə də, hesabat aparmağı sevmədiyini gecikmənin səbəbi olaraq sizə deyir. Bu vəzifəni həyata keçirərkən  əməkdaşın özünü rahat hiss etməsi üçün bütün lazımi məlumatı əlavə olaraq keçirilən təlimlərdən ala bilər.

İntizam edin

  • Əgər təlim və danışıqlar dəyişikliyə doğru müsbət nəticə göstərmirsə, o zaman siz yeni intizam qaydaları qoymalısınız;
  • Nizamsız həmkarlarla, komanda üzvləri ilə və ya menecerlərlə işləmək, xüsusilə bu vərdişlər sizin iş cədvəlinizi pozursa, bu stresə səbəb ola bilər. İnsanların niyə nizamsız olmaqlarının səbəbini tapın və bu vəziyyətdə hansı fəaliyyətlər görə biləcəyiniz barədə düşünün.