az en
info@fworks.az
+994 12 447 74 78
+994 70 336 88 11

TƏLİMLƏR - 26 May 2016 – cı ildə FireWorks HRM şirkəti tərəfindən webinar- təlim keçirildi

26 May 2016 – cı ildə, FireWorks HRM şirkəti tərəfindən hüquqşünas, professor Mayis Əliyevin rəhbərliyi altında “Böhran zamanı İR-nın diqqət yetirməli olduğu hüquqi məsələlər” adlı peşəkar formada webinar təlim keçirildi. Təlim mövzusu əmək münasibətlərində aktual olan iki əsas hissədən ibarət oldu. Webinarın 1-ci hissəsində İşçilərin ixtisarı zamanı işdə saxlanmağa üstünlüyü olan şəxslər, İşsizlik statusunun verilməsi qaydası və s. kimi mövzular müzakirə olundu. Təlimin 2-ci hissəsi isə elektron qeydiyyatın aparılması və onlayn bildirişlərin daxil edilməsi məsələlərinə həsr olundu. Biz təlimdə iştirak edən Azercell, Azercredit, Accessbank, BM- Nəqliyyat ,ABB Azərbaycan və GRC şirkətlərinin nümayəndələrinə öz təşəkkürümüzü bildiririk.