az en
info@fworks.az
+994 12 447 74 78
+994 70 336 88 11

TƏLİMLƏR - “Əməyin mühаfizəsi və Texniki Təhlükəsizlik Qaydaları” mövzusunda təlim təşkil etdi.

“FireWorks HRM” şirkəti Əmək qanunvericiliyinə aid olan yeni təlim təşkil etdi. Azərbaycan Respublikasının əmək qanunvericiliyinin materialları əsasında, Sosial Hüquqların Araşdırılması İctimai Birliyinin sədri, Azərbaycan Respublikası Milli Məclisinin Sosial siyasət komitəsinin eksperti, Hüquq elmləri üzrə Respublika Problem Şurasının elmi katibi, BDU-nun Hüquq fakültəsinin Tədris-Metodiki şurasının sədri, Professor Mayis Əliyev tərəfindən, “Əməyin mühаfizəsi və Texniki Təhlükəsizlik Qaydaları” mövzusunda təlim keçirildi. Əməkdaşlarımızla birgə müxtəlif şirkət nümayəndələrinin iştirak etdiyi bu təlimdə mövzu ilə bağlı məlumatlandırıcı testlər keçirilib, müxtəlif kazuslar müzakirə edildi. Əziz iştirakçılar, maragınız üçün təşəkkür edirik, sizinlə işləməkdən zövq aldıq!