az en
info@fworks.az
+994 12 447 74 78
+994 70 336 88 11

TƏLİMLƏR - “Əməyin mühаfizəsi və Texniki Təhlükəsizlik Qaydaları” adlı təlim

“FireWorks HRM” şirkəti Əmək qanunvericiliyinə aid olan yeni təlimi elan edir.

 

Azərbaycan Respublikasının əmək qanunvericiliyinin materialları əsasında, Sosial Hüquqların Araşdırılması İctimai Birliyinin sədri, Azərbaycan Respublikası Milli Məclisinin Sosial siyasət komitəsinin eksperti, Hüquq elmləri üzrə Respublika Problem Şurasının elmi katibi, BDU-nun Hüquq fakültəsinin Tədris-Metodiki şurasının sədri, Professor Mayis Əliyev tərəfindən, “Əməyin mühаfizəsi və Texniki Təhlükəsizlik Qaydaları” mövzusunda təlim keçiriləcək.

 

Təlim haqqında qısa məlumat və detallar aşağıda təqdim olunur. İnanırıq ki, bu təlim Sizin şirkətin biznes və kadr inkişafına əhəmiyyətli dərəcədə dəyər verəcək.

 

Əlavədə təlim barədə həm ətraflı məlumat, həm də qeydiyyat formasını göndəririk.

 

Təlim barədə məlumat:

 

Tarix: 29 Oktyabr 2015-ci il

Təlimin keçiriləcəyi yer: FireWorks HRM ofisi/ Emerald Palace

Qeydiyyat: 09:00-09:30

Başlanğıc: 09:00

Qəhvə fasiləsi: 11:15-11:30

Nahar: 13:00-14:00

Qəhvə fasiləsi: 15:30-15:45

Suallar və cavablar: 17:00-18:00

Təlimin keçirildiyi dil: Azərbaycan dili

Qiymət: bir iştirakçı 200 AZN (eyni şirkət tərəfindən 1 nəfərdən çox iştirakçı olduğu təqdirdə qiymətdə güzəşt edilir)

Əlaqələndirici şəxs: Fəxrəndə Səfərova (Təlim üzrə mütəxəssis) email: fakhranda.safarova@fworks.az  tel: ((+99455) 5725555 / 0124477478)

Son qeydiyyat tarixi: 22 Oktyabr 2015-ci il

Təlimin gündəmi

- Əməyin mühаfizəsi nоrmаlаrı və qаydаlаrı
- Ağır, zərərli və təhlükəli əmək şərаitli işlərdə işləyənlərin əməyinin mühаfizəsi hаqqındа хüsusi nоrmаlаr
- Qаdınlаrın, yаşı 18-dən аz оlаn şəхslərin və əmək qаbiliyyəti аzаlmış şəхslərin əməyinin mühаfizəsi hаqqındа хüsusi nоrmаlаr
- Əməyin mühаfizəsi üzrə mütəхəssislərin hаzırlаnmаsı, işçilərin təlimi, əməyin mühаfizəsi tədbirlərinin plаnlаşdırılmаsı və mаliyyələşdirilməsi hаqqındа nоrmаlаr
- İstеhsаlаtdа bаş vеrən bədbəхt hаdisələrin təhqiqi və uçоtа аlınmаsı qаydаlаrı
- Əməyin mühаfizəsi nоrmаlаrınа və qаydаlаrınа əməl оlunmаsınа nəzаrəti və işəgötürənlərin məsuliyyətini tənzimləyən nоrmаlаrı
- Bütün müəssisələr üçün əməyin mühafizəsi sahəsində vahid tələblərin müəyyən edilməsi
- İşçilərin fərdi mühafizə vasitələri müalicə-profilaktik yemək və digər vasitələrlə pulsuz təmin edilməsi
- İstehsalatda baş vermiş hər bir bədbəxt hadisənin hökmən təhqiq edilməsi, uçota alınması, təhlil edilməsi və bunun əsasında istehsalat xəsarətlərinin, zədələrinin və peşə xəstəliklərinin vəziyyəti barədə işçilərə dürüst məlumatların verilməsi
- Müəssisənin mülkiyyətçisi və işəgötürəni işçilərin iş yerlərində əməyin mühafizəsi normalarının və qaydalarının yerinə yetirilməsi və təmin edilməsi
- Əməyin mühafizəsi üzrə mütəxəssislərin hazırlanması və işçilərin təlimi
- Dövlət və müəssisələr səviyyəsində əməyin mühafizəsi fondunun yaradılmasıSağlam və təhlükəsiz əməyin mühafizəsi şəraitinin təmin edilməsi
- Əməyin mühafizəsi xidmətləri
- Əmək mühafizəsi üzrə təminatlar

- İcbari tibbi müayinələr

- Əməyin mühafizəsi norma və qaydalarına əməl olunmasına nəzarət, işəgötürənlərin məsuliyyəti və dövlət nəzarəti

- İstеhsаlаtdа bаş vеrən bədbəхt hаdisələrin təhqiqi, uçоtu və prosedurası

- Əlillərin və əmək qаbiliyyəti аz оlаn digər şəхslərin əməyinin tətbiq еdilməsi

 

Təlimin sonunda iştirakçılara sertifikatlar təqdim olunacaq.

 

Hər hansı bir sualınız yarandığı təqdirdə bizə müraciət etməyinizi xahiş edirik.